Azərbaycan Dillər Universitetində Tədris işləri üzrə prorektoru vəzifəsinə yeni təyinat olub.
Təhsil naziri Mikayıl Cabbarovun imzaladığı müvafiq əmrinə əsasən bu vəzifəyə Əfqan Abdullayev təyin olunub.
Ə.Abdullayev təyinata qədər Təhsil Nazirliyinin Lisenziyalaşdırma və akkreditasiya sektorunun baş məsləhətçisi vəzifəsində işləyib.
GSR.fm Report-a istinadən xəbər verir ki, bu gün nazirliyin Aparat rəhbərinin müavini Yaqub Piriyev yeni təyin olunmuş prorektoru universitet kollektivinə təqdim edib.
Qeyd edək ki, Əfqan Əli oğlu Abdullayev Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun ingilis dili fakültəsini və aspiranturasını bitirib.