Reportaj, Sosial, ZZ-Manşet

“Azərbaycan Gənclərinin Maarifçilik Forumu” keçirilib

Ümumi15dekabr 2015-ci il tarixində Gənclər üçün Təhsil Mərkəzi, “Kaspi” qəzeti və “Mənim Təhsilim Mənim Gələcəyim” kompaniyasının birgə təşkilatçılığı ilə sayca ikinci olan “Azərbaycan Gənclərinin Maarifçilik Forumu” keçirilib.
2014-cü ildə keçirilmiş Forumun əsas prioritet istiqaməti Qarabağ mövzusu olub. Bugünkü Forumun isə əsas məqsədi gənclər arasında maarifçiliyin təbliği və qiymətləndirilməsi, bu istiqamətdə görülməli işlərin müzakirəsi və prespektivlərin müəyyənləşdirilməsidir.

İki hissədən ibarət Forumun açılış hissəsində Gənclər üçün Təhsil Mərkəzinin icraçı direktoru Fəxrədddin Həsənzadə, “Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev və “Mənim Təhsilim Mənim Gələcəyim!” kompaniyasının rəhbəri Rövşən Nəcəfov Forumun əsas istiqamətləri haqqında ümumi məlumat verib, təhsil, gənclik, gələcək mövzularında məruzələr ediblər. Təşkilatçılar Azərbaycanın maarifçilik tarixindən, bu sahədə gənclərin üzərinə düşən məsuliyyətdən danışıblar.

“Mənim təhsilim, mənim gələcəyim!” kampaniyasının rəhbəri, forumun təşkilatçılarından biri olan Rövşən Nəcəfov bildirib ki, maarifçilikdə təhsil, gənclik və gələcək var. O, XXI əsrdə təhsilin sərhədlərinin genişliyinə diqqət çəkib. O, Azərbaycan gəncliyinin bu gün ölkə hüdudlarını aşaraq, beynəlxalq arenada öz sözünü dediyini də çıxışında vurğulayıb.

Forumun ikinci hissəsində dövlət rəsmiləri- Azərbaycan Respublikası Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüsal Quliyev, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oqtay Səmədov, Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci”qəzetin baş redaktoru Rəşad Məcid çıxış ediblər. Rəsmilər çıxışlarında Azərbaycanın maarifçilik tarixindən, bu sahədə gənclərin üzərinə düşən məsuliyyətdən, onların qazandıqları uğurlardan danışıblar. Fərhad Hacıyev hər yaxşı işin maarifçilik olduğunu söyləyib. O maarifçiliyin zirvəsində təhsil dayandığından, istənilən sahədə elmə, biliyə, geniş dünyagörüşə ehtiyac olduğunu qeyd edib.

forum

İcraçı direktor deyib ki, Azərbaycanda fəaliyyət göstərən qeyri hökumət təşkilatları da öz fəaliyyətləri ilə maarifçilik funksiyasını yerinə yetirirlər.
Rəsmilər eyni zamanda Forumun gələcək işlərinə uğurlar arzuladılar.
Forumun sonunda Azərbaycan gənclərinin maarifləmdirilməsi istiqamətində göstərdiyi fəaliyyətə görə fərdi şəxslər, media qurumları və maarifçilik sahəsində uğur əldə etmiş gənclər təşkilatçılar tərəfindən “Təhsil Açarı” mükafatına laiq görülüblər. Mükafatlandırılmış gənclər öz təəssüratlarını da bölüşüblər.

Azərbaycan Dillər Universitetinin Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin 3-cü kurs tələbəsi Rəşad Bayramov:
” Hər bir gəncin fəaliyyəti onun təhsil mərkəzindən başlayır. İl ərzində həm yerli, həm də beynəlxalq layihələrin təşkilatçısı, eyni zamanda iştirakçısı olmuşam. Mənim fəaliyyətimi nəzərə alaraq məni 2015-ci ilin “Təhsil açarı” mükafatına laiq bildiklərinə görə bütün Forumun təşkilatçılarına dərin minnətdarlığımı bildirirəm. Gənclər üzrə 2009-2015, 2015-2015-ci illər dövlət proqaramı çərçivəsində gənclərə göstərilən qayğının nəticəsidir ki, biz gənclər də bundan səmərəli istifadə etməliyik və hər bir Azərbaycan gəncinin borcudur ki, bu infrastrukturlardan laiqincə yararlansın”.

mukafat2

Milli Azərbaycan Televiziyasında yayımlanan Müasir Azərbaycan Gənci verilişinin aparıcılarından biri Xəyalə Hüseyn:

“Əslində mən bu mükafata heç də təəccüblənmədim, əksinə çox sevindim. Çünki MAG bu mükafata laiqdir. Verilişimiz gənclər üçün yeganə verilişdir. Bu veriliş gəncləri nəinki əyləndirir, forumun adına uyğun olaraq maariflənməyə də imkan yaradır. Verilişimizin 2-ci hissəsi dinamik olsa da 1-ci hissədə gənclərin fəaliyyəti, uğurları qeyd olunur, peşəkar təlimçilər gənclərimizə uğur qazanmanın yollarını, maarifçiliyi təbliğ edirlər. Ona görə də, məncə, biz gənclər bu mükafata laiqik”.


Hazırladı: Nigar Məhərrəmova

Öncəki xəbərNövbəti xəbər

1 şərh

  1. Geri izləmə: vagragenericaar.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.