İdman, ZZ-Manşet

Azərbaycan gimnastı bürünc medal qazanıb

marina_durunda_03Azərbaycan gimnastı Marina Durunda Minskdə keçirilmiş Dünya Kuboku mərhələsində bürünc medal qazanıb.

GSR.fm-in Trend-ə istinadən verdiyi məlumata görə, milli komandanın lideri 4 finalın üçündə iştirak edib. O, halqa ilə tapşırıqda daha uğurla çıxış edib. Bu əşya ilə hərəkət 10 gündən sonra Bakıda start götürəcək bədii gimnastika üzrə Avropa çempionatının gələcək iştirakçısına üçüncü yeri qazandırıb.

M. Durunda top və gürzlə finallarda müvafiq olaraq 5-ci və 6-cı olub.

Ölkənin qrup komandası və yuniyorların beynəlxalq turnirində iştirak etmiş Jalə Piriyeva ilə Züleyxa İsmayılova da Minskdəki yarışın finallarında mübarizə apararaq müvafiq olaraq, 5-ci, 6-cı və 7-cı yeri tutublar.

Minskdəki yarış Bakı Avro-2014 çempionatına hazırlığın sonuncusu olub. Artıq iyunun 8-də çempionatın keçirilməsinə görə cavabdeh olan Avropa Gimnastika İttifaqının (UEG) Texniki Komitəsi Bakıya gələcək. İki gündən sonra iştirakçı ölkələrin nümayəndə heyətləri, UEG rəhbərliyi, fəxri qonaqlar, xarici mətbuatın nümayəndələri və azarkeşlər gəlməyə başlayacaqlar.

Xatırladaq ki, Milli Gimnastika Arenasında keçiriləcək çempionatda Avropanın 33 ölkənin gimnastı 9 dəst medal uğrunda mübarizə aparacaq.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.