Siyasət, ZZ-Manşet

Azərbaycan hərbçisi şəhid olub

shehid-mezariAzərbaycan əsgəri şəhid olub.

GSR.fm-in  Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, noyabrın 15-də xidməti vəzifələrini yerinə yetirərkən Ermənistan ordusu tərəfindən açılan atəşdən Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Məlikov Aqil Qismət oğlu şəhid olub.

Hərbi qulluqçu Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmrinə əsasən ölümündən sonra təltif edilməsi üçün “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalına təqdim olunub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə baş sağlığı verir və səbr diləyir!

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.