İqtisadiyyat, ZZ-Manşet

Azərbaycan iki yeni “Boeing” təyyarəsi alıb

boeing-silkwayAzərbaycanın “Silk Way Airlines” şirkəti “Boeing 747-8” markalı iki yeni yük təyyarəsi alıb.

GSR.fm Trend-ə istinadən xəbər verir ki, bu barədə “Boeing” şirkətinin saytında yerləşdirilmiş məlumatda deyilir.

Bildirilir ki, təyyarələrdən biri Azərbaycanın aviasiya şirkətinə ötən həftə, digəri isə avqustun 28-də çatdırılıb.

Müasir “Boeing 747-8” təyyarələri “Boeing-747-400” təyyarələrində 16 faiz daha tutumludur. İndiyədək müxtəlif aviaşirkətlərə “Boeing 747-849” markalı 49 yük təyyarəsi satılıb.

Azıərbaycanın “Silk Way Airlines” aviaşirkətinin mənzil-qərargahı Bakıda yerləşir. Aviaşirkət 50-dən artıq istiqamətdə müntəzəm və çarter yük reyslərinin həyata keçirilməsi üzrə liderdir.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.