İqtisadiyyat, Xəbərdar

Azərbaycan iqtisadiyyatı altı ölkənin iqtisadiyyatını üstələyir

BBAzərbaycan iqtisadiyyatı MDB-nin altı ölkəsinin ümumi iqtisadiyyatını üstələyir.

7/24news-un “APA-Economics”-ə istinadən verdiyi məlumata görə, bu barədə Dünya Bankının (DB) dünyanın 191 ölkəsinin ümumi daxili məhsulun (ÜDM) həcminə görə açıqladığı reytinqində deyilir.
Hesabata görə, son bir ildə ölkədə istehsal olunan son məhsul və göstərilən xidmətlərə görə Azərbaycan 191 ölkə arasında 67-ci yerdə qərarlaşıb. DB-nin hesablamalarına görə, Azərbaycanda ÜDM 73,6 mlrd. dollar təşkil edir.

Reytinqə əsasən, Azərbaycan iqtisadiyyatı keçmiş SSRİ respublikalarından Moldova, Gürcüstan, Ermənistan, Tacikistan, Qırğızıstan və Estoniyanın iqtisadiyyatlarının cəminə bərabərdir.

Onu da qeyd edək ki, Ermənistan 10,4 mlrd. dollarlıq iqtisadiyyatı ilə MDB regionunda və dünyada ən aşağı yerlərdən birini – 135-ci yeri tutur. Müqayisə üçün qeyd edək ki, Azərbaycan iqtisadiyyatı Ermənistan iqtisadiyyatını 7 dəfədən artıq üstələyir.

Reytinqə ABŞ başçılıq edir. Bu ölkənin iqtisadiyyatı 16,8 trln. dollar təşkil edir. İkinci yerdə isə 9,2 trln. dollarlıq göstərici ilə Çin qərarlaşıb.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.