Podkastlar

Azərbaycan kino tarixi

Gündəlik həyatımızın bir hissəsinə çevrilən kinonun tarixi yəqin ki, hamıya maraqlıdır. Tədqiqatçıların araşdırmasına əsasən deyə bilərik ki, dünyada film sənətinin yaranması XVII əsrdə ilk dəfə nümayiş olunan “Sehirli Lampa”nın adıyla bağlıdır. Filmin nümayişi şüşə üzərinə çəkilmiş şəkillərin proyektorla divara salınaraq göstərilməsi ilə baş tutur. İlk filmlərin əsasında cizgi filmləri dururdu. Filmlər ilk dəfə yaranan zaman səssiz nümayiş olunur. Səssiz filmlər bir neçə saniyədən ibarət olub, gündəlik həyatdan götürülürdü. Bu tip filmlər daha çox zarafatlarla zəngin olurdu. 1903-cü ildə 12 dəqiqəlik “Qatarda böyük qarət” filmi ərsəyə gəlir. İlk filmlər sırasına daxil olan bu filmin yaradıcısı Edvin Porter idi. Bu film həm də Vestern tipli ilk film hesab olunur. Burada qatara hücum, qaçış kimi səhnələr yer alıb.

Azərbaycan kino sənətinin tarixi 1898-ci il iyunun 21-dən başlayır. İlk Azrbaycan filmləri fotoqraf və naşir Aleksandr Mişonun adı ilə bağlıdır. Bu filmlərə “Bibiheybətdə neft fontanı yanğını”, “Balaxanıda neft fontanı”, “Şəhər bağında xalq gəzintisi”, “Qafqaz rəqsi” kimi xronika süjetləri aid idi. 1915-ci ildən isə Qafqazda Pirone qardaşlarının açdığı səhmdar cəmiyyətləri (ticarət evləri) tərəfindən ilk Azərbaycan bədii filminin çəkilişinə başlanılır. Bu film İbrahim bəy Musabəyovun “Neft və milyonlar səltənətində” romanının adıyla adlandırılır. Kino çəkilişi üçün Peterburqdan rejissor Borus Svetlov dəvət olunur. Filmdəki təbiət mənzərələri Bakıda və ətraf kəndlərdə, pavilyonla bağlı səhnələr isə Tiflisdə çəkilir. Filmdə Lütfəli bəy rolunu Hüseyn Ərəblinski oynayıb. Qeyd edək ki, “Neft və milyonlar səltənətində” filmi Azərbaycanın ilk səssiz film idi. 1916-cı ildə Bakıda Üzeyir Hacıbəyovun “Arşın mal alan” operettası əsasında ilk Azərbaycan kinokomediyası çəkilir. İlk dəfə 1919-cu ildə isə Azərbaycanın müstəqilliyinin ildönümü münasibətilə “Təntənə” adlı tammetrajlı film ekranlara gətirilir. 1924-cü ildə Azərbaycan Foto-Kino İdarəsi (AFKİ) ikiseriyalı “Qız Qalası əfsanəsi” adlı bədii filmini nümayiş etdirir. Bu filmin rejisoru V.V.Ballyuzek idi. Etnoqrafik cəhətdən maraqlı olan  filmdə müəlliflər Şərq ekzotikasından istifadə ediblər. 1935-ci ildə “Azərfilm”in Moskvanın “Mejraypromfilm” kinostudiyası ilə birgə yaratdığı “Mavi dənizin sahilində” bədii filmi ilə Azərbaycanda səsli kino əsərlərinin istehsalına başlanılır.

Xatırladaq ki, “Oskar ” alan ən gənc kino ulduzu Şirli Templdir. O, 1934 -cü ildə 6 yaşında “Oskar” ” mükafatına layiq görülüb.

 

Öncəki xəbərNövbəti xəbər

6 şərh

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.