İdman, Xəbərlər, ZZ-Manşet

Azərbaycan klubları sabah son oyununu keçirəcək

europa-league-logo

Sabah Avropa Liqasında qrup mərhələsinə yekun vurulacaq. Avrokuboklarda mübarizəni davam etdirən hər iki Azərbaycan klubu da VI turun oyunlarını keçirəcək.

GSR.fm-in APA-ya istinadən verdiyi məlumata görə, əvvəlki turlarda olduğu kimi, 2016-cı ilin son oyunlarında da “Qarabağ” və “Qəbələ” fərqli məkanlarda mübarizə aparacaq. Sonuncular səfərdə, ölkə çempionu isə evdə qüvvəsini sınayacaq.

Azərbaycan azarkeşləri üçün daha çox maraq kəsb edən matç da məhz Bakıda baş tutacaq. “Qarabağ” İtaliyanın “Fiorentina” klubunu qəbul edəcək. Turnir cədvəlinin 2-ci pilləsində qərarlaşan Ağdam təmsilçisi 1/16 final şansını qoruduğundan Tofiq Bəhramov adına Respublika stadionunda növbəti anşlaqın qeydə alınması gözlənilir.

Lakin Qurban Qurbanovun yetirmələri çətin vəzifənin öhdəsindən gəlməlidi. Səfərdə 1:5 hesabı ilə darmadağın olduğu Florensiya təmsilçisindən qisas almaq asan olmayacaq. Cəzalı Miçel və Maksim Medvedevin yoxluğunda “Böyük beşlik” təmsilçisi üzərində qələbə çətin olduğu qədər də zəruridi.

Çünki bu nəticə “Qarabağ”ı 1/16 finala daşıyacaq. Komandamızın tutacağı yer isə PAOK – “Slovan” görüşündən asılı olacaq. Ağdam klubu 1 xalla da mərhələ keçə bilər. Bunun üçün Yunanıstanda meydan sahibləri qələbə qazanmamalıdı. Cari mövsüm evdə uduzmayan əyalət klubunun üstünlüyü isə daha güclü çempionatda çıxış edən “Fiorentina”nın A seriyasında daha çox güc sərf etməsi və məhz daxili yarışa diqqət ayırmasıdı.

“Qəbələ”nin “Maynts”la Almaniyadakı görüşü isə formal xarakter daşıyır. Hər iki komandanın qrupda qaldığı rəsmiləşdiyindən rəqiblər azarkeşlərini sevindirmək üçün meydana çıxacaq. Yarışın debütantı olan Bundesliqa təmsilçisi mövsümü qələbəylə başa vurmaq, “qırmızı-qaralar” səfərdən ilk xalla dönməkdə iddialıdı.

Ardıcıl 6 avrokubok oyununda uduzan Roman Qriqorçukun yetirmələri bu məğlubiyyətlərin beşini qrupda alıb. Yarışın tarixinə qrupu xalsız başa vuran 4-cü komanda kimi düşməmək üçün “Qəbələ” antirekorda imkan verməməlidi.

Məhsuldarlığı kifayət qədər qənaətbəxş olan əyalət klubu “Böyük beşlik” klubundan səfərdə xal almaq üçün müdafiədə daha etibarlı olmalıdı. III təsnifat mərhələsinin “Lill”lə Fransadakı görüşündə heç-heçəyə nail olan “qırmızı-qaralar” “Böyük beşlik” təmsilçisindən səfərdə xal almağın, evdəki matçda isə qalib gəlməyin mümkünlüyünü göstərmişdi.

Bu qələbə sonuncu pillədən qurtulmaq üçün yetərli olmayacaq. Lakin daxili arenada keçiriləcək ilin son matçları öncəsi müsbət əhval-ruhiyyə yaranmasına səbəb olacaq. Premyer Liqada liderliyin hakim səhvləri üzündən əldən verilməsindən sonra avrokuboklardakı uğur da zəruridi.

Qeyd edək ki, “Qarabağ” mərhələ keçmək vəzifəsinin öhdəsindən gəlməsə, Azərbaycan üçün avrokubok mövsümü yenə payızda başa çatmış olacaq.

Avropa Liqası

Qrup mərhələsi

VI tur, 8 dekabr

J qrupu

20:00. “Qarabağ” – “Fiorentina” (İtaliya)

Baş hakim: İvan Bebek

Baş hakimin köməkçiləri: Tomislav Petroviç, Miro Qrqiç

Əlavə köməkçi hakimlər: Ante Vuçemiloviç-Şimunoviç, Qoran Qabrilo

Dördüncü hakim: Qoran Pataki (hamısı Xorvatiya)
Hakim-inspektor: Vasili Melniçuk (Ukrayna)
UEFA nümayəndəsi: Mihael Zoratti (Avstriya)

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

1

“Fiorentina”

5

3

1

1

13-5

10

2

“Qarabağ”

5

2

1

2

6-10

7

3

PAOK

5

2

1

2

5-6

7

4

“Slovan”

5

1

1

3

7-10

4

C qrupu

22:00. “Maynts” (Almaniya) – “Qəbələ”

Baş hakim: Simon Li Evans
Baş hakimin köməkçiləri: Qaret Uin Cons, Luis Ross Edvards

Əlavə köməkçi hakimlər: Brayn Markam-Cons, Nik Pratt

Dördüncü hakim: Daniel Bekkett (hamısı Uels)
Hakim-inspektor: Are Habiş (Estoniya)
UEFA nümayəndəsi: İmon Nauqton (İrlandiya)

Maynts. “Maynts Arena” stadionu

1

“Anderlext”

5

3

2

0

14-5

11

2

“Sent-Etyen”

5

2

3

0

5-3

9

3

“Maynts”

5

1

3

1

6-10

6

4

“Qəbələ”

5

0

0

5

5-12

0

Öncəki xəbərNövbəti xəbər