İqtisadiyyat, Xəbərlər, ZZ-Manşet

Azərbaycan MDB ölkələri arasında birincidir

Без названия (3)

Ümumdünya İqtisadi Forumunun 2016-2017-ci illər üzrə qlobal rəqabət qabiliyyətlilik hesabatında 138 ölkə arasında Azərbaycan 40-cı pillədən 38-ci pilləyə yüksəldilib. GSR.fm-in İqtisadiislahat.org-a istinadən verdiyi məlumata görə, ilkin olaraq qeyd edək ki, Ümumdünya İqtisadi Forumu ölkələrin reytinqini müəyyənləşdirən zaman üç subindeksdən istifadə edir ki, bura “əsas tələblər”, “səmərəlilik” və “innovasiya faktorları” daxildir. Hesabata əsasən, Azərbaycan 2015-ci ildə olduğu kimi MDB dövlətləri, türkdilli ölkələr və BRİCS-də (Çin Xalq Respublikası istisna olmaqla) çıxmaqla ən rəqabətli iqtisadiyyat kimi qiymətləndilib. 2016-2017-ci illər üzrə qlobal rəqabət qabiliyyətililik hesabatına istinadən qeyd edilir ki, dünya bazarlarında neft qiymətlərinin azalmasına fonunda  neft ixracatçısı ölkəsi sayılan Azərbaycan və Rusiya Federasiyasının makroiqtisadi mühitində çətinliklər yaransa da, aparılan islahatlar nəticəsində sahibkarlıq mühitində və ticarətdə effektivliyin artırılması hər iki ölkənin iqtisadiyyatlarına mübət təsir edib. Habelə, biznes mühiti üçün zərərli faktor sayılan korrupsiayaya qarşı mübarizədə Ümumdünya İqtisadi Forumu Azərbaycanın fəaliyyətini yüksək qiymətləndirib. Subindikatorların tərkibinə əsasən, Azərbaycan Respublikasında sahibkarlığa başlamaq üçün prosedurlara görə 3-cü, Sahibkarlıq başlamaq üçün tələb olunan vaxta görə 9-cu, qadınların əmək bazarında fəaliyyətinə görə 18-ci, makroiqtisadi mühiti görə 39-cu, investorların təhlükəsizliyi baxımından 36-cı, əhali arasında internetdən istifadəyə görə 33-cü, innovasiya fəaliyyətinə görə 44-cü və dövlət borcuna əsasən 41-ci  yerdə qərarlaşıb.

Öncəki xəbərNövbəti xəbər

4 şərh

  1. Geri izləmə: doctor7online.com
  2. Geri izləmə: vagragenericaar.org
  3. Geri izləmə: buy ciprofloxacin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.