İdman, ZZ-Manşet

Azərbaycan millisi çempionatda mübarizəni dayandırıb

Futsal_world_cupAzərbaycan milli komandası Kolumbiyada təşkil olunan futzal üzrə dünya çempionatında çıxışını başa vurub.

GSR.fm AFFA-ya istinadən xəbər verir ki, bu gün 1/4 final mərhələsində Cali şəhərindəki Coliseo El Pueblo İdman Kompleksində Portuqaliya yığması ilə qarşılaşan Azərbaycan millisi  2:3 hesabı ilə məğlubiyyətə uğrayıb.

Qeyd edək ki, dünya çempionatının qrup mərhələsində Mərakeş yığmasına 5:0 hesabı ilə qalib gələn milli komanda, İspaniya komandasına 2:4 hesabı ilə məğlub olmuş, iranlı futzalçılarla isə heç-heçə etmişdi – 3:3. Azərbaycan millisi 1/8 final mərhələsində Tayland yığmasına 13:8 hesabı ilə qalib gəlib.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.