İqtisadiyyat, ZZ-Manşet

Azərbaycan müdafiə xərclərini təxminən 25 faiz artırıb

maliyye-nazirliyiBu ilin yanvar-iyun aylarında Azərbaycanın dövlət büdcəsinin müdafiə xərcləri 154,2 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrünün göstəricindən 24,5 faiz çoxdur.

GSR.fm Trend-ə istinadən xəbər verir ki, bu barədə Maliyyə Nazirliyindən bildirilib.

Məlumata görə, 2014-cü ilin birinci yarısında dövlət büdcəsinin mədaxili 9338,8 mln. manat (101,6 faiz), məxaric hissəsi 8723, 8 mln. manat (94,7 faiz) icra olunub. 2014-cü ilin birinci yarısında dövlət büdcəsinin profisiti 615 mln. manat təşkil edib.

Strukturda daxilolmaların 38,3 faizi (3578,6 mln. manat) Vergilər Nazirliyi tərəfindən təmin olunub. Göstərilən dövrdə gömrük rüsumları və vergilərindən daxilolmalar 732,8 mln. manat (7,8 faiz xüsusi çəki ilə) olub. Ötən ilin analoji dövrü ilə müqayisədə vergi yığımları 7,9 faiz, gömrük ayırmaları 14,5 faiz artıb. Dövlət Neft Fondundan (ARDNF) büdcəyə transfert qismində 4883,8 mln. manat (gəlirlərin 52,3 faizi) daxil olub.

Məlumata görə, 30,3 faiz, yaxud 2644,9 mln. manat sosial yünümlü xərclərin payına düşüb ki, bu da 2013-cü ilin birinci yarısında olduğundan 14,5 faiz çoxdur. Xərclərin 23,1 faizi (28,7 mln. manat) mənzil-kommunal xərclərin, 7,6 faizi (44,5 mln. manat) təhsil, 7,6 faizi (19,6 mln. manat) səhiyyə xərclərinin payına düşüb.

Cari ilin birinci yarısında icmal büdcənin mədaxili 11537,4 mln. manat olub ki, bu da ötən ilin eyni dövründəkindən 2,5 faiz çoxdur, xərcləri 1 faiz artımla 9913,1 mln. manat təşkil edib.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.