Siyasət, Xəbərlər, ZZ-Manşet

“Azərbaycan NATO üçün vacib ölkədir”


ADA Universitetində Rumıniyanın Azərbaycandakı səfirliyinin NATO-nun rezident əlaqələndiricisi vəzifəsinin başa çatması və bu vəzifənin Macarıstana ötürülməsi ilə bağlı “Regional təhlükəsizlik üçün çağırışlar” mövzusunda dəyirmi masa keçirilib.

GSR.fm-in APA-ya istinadən verdiyi məlumata görə, tədbirdə çıxış edən Rumıniyanın Azərbaycandakı səfiri Dan Yanku bildirib ki, hər hansı ölkənin ardıcıl dörd dəfə rezident əlaqələndirici olması yeganə haldır: “Azərbaycan NATO üçün vacib ölkədir. Azərbaycan NATO-nun Əfqanıstandakı missiyasına dəstək verir. Fəaliyyətimiz dövründə bizə dəstək verdiklərinə görə Azərbaycanın dövlət qurumlarına təşəkkür edirik”.

Daha sonra çıxış edən NATO-nun Azərbaycandakı yeni rezident əlaqələndiricisi vəzifəsini icra edəcək Macarıstanın Azərbaycandakı səfiri İmre Laslotski bu vəzifəni Macarıstanın diplomatik uğuru adlandırıb. O, Azərbaycanın NATO üçün vacib ölkə olduğunu deyərək ölkənin Avropa enerji təhlükəsizliyində vacib rol oynadığını vurğulayıb: “NATO Azərbaycanın Kosovo və Əfqanıstandakı dəstəyini yüksək qiymətləndirir. İnanırıq ki, həm Azərbaycan, həm də NATO-nun maraqları çərçivəsində vəzifəmizi uğurla yerinə yetirəcəyik”.

Öncəki xəbərNövbəti xəbər