İqtisadiyyat, ZZ-Manşet

“Azərbaycan neftinin Ukraynaya gətirilməsində maraqlıyıq”

Yuriy ProdanUkrayna Azərbaycanla energetika sahəsində dostuq və tərəfdaşlıq münasibətlərini davam etdirmək niyyətindədir.

GSR.fm APA-ya istinadən xəbər verir ki, bunu Ukraynanın energetika və kömür sənayesi naziri Yuriy Prodan bildirib.

Ukraynalı nazir bildirib ki, o, bu gün Azərbaycanın energetika naziri Natiq Əliyevlə görüşəcək: “Bu görüşdə Azərbaycan neftinin Ukraynaya nəqli və iki ölkə arasında müştərək layihələrin həyata keçirilməsi məsələlərini müzakirə edəcəyik. Təbii ki, biz Azərbaycan neftinin Ukrayna zavodlarına gətirilməsində maraqlıyıq. Bu neftin necə və hansı yollarla Ukraynaya gəlib çıxmasını isə biz bu görüşdə müzakirə edəcəyik”.

Azərbaycanın energetika naziri Natiq Əliyev isə bildirib ki, Azərbaycan tərəfi Ukraynaya neft nəqlini davam etdirmək üçün bir çox layihələr üzərində işləyir: “Biz Xəzər dənizindən hasil olunan neftin Ukraynaya çatdırılmasında maraqlıyıq. Bu sahədə biz Ukrayna hökuməti ilə birgə “Sarmantiya” beynəlxalq neft-kəmər şirkətini yaratmışıq. Bu layihə çərçivəsində biz Avropa Komissiyası ilə birgə qaz kəmərlərinin ətraf mühitə təsiri ilə bağlı birgə layihə işləyib hazırlamışıq”.

Nazirin sözlərinə görə, hazırda Ukraynada Azərbaycan Dövlət Neft Şirkətinin 40-dan artıq yanacaqdoldurma məntəqəsi mövcuddur.

“Gələcəkdə ARDNŞ yanacaqdoldurma məntəqələrinin sayını 70-ə çatdıracaq. Ukrayna hökuməti bu layihəyə böyük dəstək verir. Bütün bunlar imkan verir ki, Azərbaycan Ukrayna ilə energetika sahəsində əməkdaşlığını daha da genişləndirsin”, – deyə o bildirib.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.