İdman, ZZ-Manşet

Azərbaycan olimpiyadaya ilk lisenziyasını qazandı

olimiaAzərbaycan yığması Bakıda keçirilən atletika üzrə Avropa Təsnifat Turnirində ilk medalını qazanıb.

GSR.fm-in Apasport-a istinadən verdiyi məlumata görə, qızlar arasında 3000 metr məsafəyə qaçış yarışlarında atlet Behafeta Hadiyes gümüş medala sahib olmaqla yeniyetmələrin II Olimpiya Oyunlarına lisenziyanı təmin edib.

AZərbaycan təmsilçisi 3000 m məsafəni 9 dəqiqə 34 saniyəyə qət edib. Bu növdə turnirin qalibi Almaniya təmsilçisi Alina Reh olub (9 dəqiqə 26 saniyə). Rumıniyalı Maria Maqdalena İfteni bürünc medalla kifayətlənib (9 dəqiqə 36 saniyə).

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.