Sosial, ZZ-Manşet

Azərbaycan prezidentinin iştirakı ilə “Xocalı yürüşü” keçirilir


xovali-yurushuXocalı soyqırımının 25-ci ildönümü münasibətilə Bakıda yürüş keçirilir.

GSR.fm-in APA-ya istinadən verdiyi xəbərə görə, Bakı Dəniz Vağzalının qarşısından başlayan yürüş “Xocalı” abidəsinin önündə bitəcək.

Yürüşdə Azərbaycan prezidenti İlham Əliyev, birinci vitse-prezident Mehriban Əliyeva, hökumət və dövlət rəsmiləri iştirak edirlər.

Aksiyaya paytaxt sakinləri, Xocalı soyqırımının canlı şahidləri də qatılıblar.

40 mindən çox iştirakçısı olan yürüşdə qanlı qırğının günahsız qurbanlarının – xüsusi qəddarlıqla qətlə yetirilmiş uşaqların, qadınların və qocaların portretləri, 25 il bundan əvvəl törədilmiş hadisələrin dəhşətli səhnələrini əks etdirən fotoşəkillər, faciənin təqsirkarlarından cavab tələb etmək, onları cəzalandırmaq, bu soyqırımına beynəlxalq səviyyədə siyasi-hüquqi qiymət vermək barədə çağırışlar və soyqırımı qurbanlarının adları, soyadlarının əks olunduğu Azərbaycan, rus, ingilis, fransız dillərində plakatlar və transparantlar tutulub.

Marşrut boyunca yolların kənarlarındakı monitorlarda, binaların fasadlarında və balkonlarında “Dünya Xocalı soyqırımını tanımalıdır!”, “Xocalıya ədalət!”, “Xocalını unutmayın!”, “Rədd olsun erməni faşizmi!”, “Xocalı – XX əsrin soyqırımı”, “Cinayətkarlar cəzasız qalmayacaqlar!”, “Xocalı soyqırımı – 25 il” və s. çağırışlar və şüarlar nümayiş etdirilir.

Öncəki xəbərNövbəti xəbər