Siyasət, ZZ-Manşet

Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşəcək

osce-550x360ATƏT-ə üzv ölkələrin xarici işlər nazirlərinin Hamburqda keçiriləcək iclası çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüş keçirilə bilər.

GSR.fm APA-ya istinadən xəbər verir ki, bu barədə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib.

“Hamburqda münaqişənin həlli ilə bağlı əsas məsələlər istiqamətində vacib danışıqların davam etdirilməsi üçün nazirlərin öz aralarında da görüşməsini səbirsizliklə gözləyirik”, – deyə o bildirib.

Ceyms Uorlik Hamburq görüşünə kimi Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində hər hansı görüşün nəzərdə tutulması sualına isə belə cavab verib: “Biz prezidentlər və nazirlərlə mütəmadi kontaktdayıq və istənilən vaxt görüşməyə hazırıq”.

Xatırladaq ki, həmsədrlərin regiona səfəri ilə bağlı bəyanatında Hamburqda həmsədrlərlə nazirlərin görüşə biləcəyi qeyd olunub. ATƏT-ə üzv ölkələrin xarici işlər nazirlərinin Hamburq görüşü dekabrın 8-9-da keçiriləcək.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.