Reportaj, Sosial, ZZ-Manşet

Azərbaycan və Gürcüstan gənclərinin birgə layihəsi

[videojs youtube="https://www.youtube.com/watch?v=icc-ZmSRB5s" width="100%" height="420"]

Yanvar ayının 31-i Beynəlxalq Mətbuat Mərkəzində “Yaddaş” Maarifçi Gənclər İctimai Birliyinin həyata keçirdiyi “Qafqaz Sərhədlərarası Gənclər Platforması” adlı layihənin mətbuat konfransı keçirilib.

GSR.fm xəbər verir ki, Şəki -Zaqatala və Gürcüstanın Kaxetiya regionuna daxil olan rayonları əhatə edən layihənin məqsədi bu regionlarda fəaliyyət göstərən gənclər təşkilatları ilə daha sıx əməkdaşlıq aparmaq, onların institusional inkişafını sürətləndirmək və bu sahədə gənclərin fəallığının artırılmasından ibarətdir.
Layihə haqqında fikirlərini bölüşən“Yaddaş” Maarifçi Gənclər İctimai Birliyinin koordinatoru Tofiq Məmmədov təsis edilən “Sərhədlərarası Gənclər Platforması”ndan da danışıb.
“Xüsusi qeyd etmək istərdik ki, layihə çərçivəsində yaradılmış platforma 4 əsas departament üzrə fəaliyyət göstərəcək. Hər bir departamentdə həm gürcü gəncləri QHT-ləri, həm Azərbaycan gənclər QHT-ləri təmsil olunmuşdur. Ümid edirik ki, platforma Şəki-Zaqatala bölgəsi və Kaxetiya bölgəsi hüdudlarından kənarda olan gənclər təşkilatlarının da diqqətini cəlb edəcək və onlar bu platformanın fəaliyyətində, həmçinin onun üzvü olaraq öz ideyalarını birgə həyata keçirməkdə maraqlı olacaqlar”.
Layihənin digər təşkilatçılarından olan Tinatin Paxolişvili layihədən gözləntiləri haqqında məlumat verib.
“Biz Gürcüstan tərəfi olaraq planlaşdırırıq ki, hər iki ölkənin gəncləri problemlərini bu platforma vasitəsilə birlikdə həll etsinlər. Platforma təkcə gənclərin problemlərinin həlli ilə məşğul olmayacaqdır, eyni zamanda biz çalışırıq ki, gənclər elmlə , təcrübələrlə, mədəniyyət və falklorla da maraqlansınlar. Həmçinin biz istəyirik ki, kurslar təşkil edək və bizim gənclərimiz hər iki ölkənin adət-ənənələrini və dilini öyrənsinlər”.
Konfransda həmçinin layihənin fəaliyyətindən bəhs edən video çarxlar da nümayiş etdirilib. Sonda layihənin təşkilatçıları iştirakçılara təşəkkürlərini bildiriblər.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.