İqtisadiyyat, ZZ-Manşet

Azərbaycana 752 milyon dollar vəsait ayırılacaq

asia-inkisaf-bankAsiya İnkişaf Bankının (AİB) Direktorlar Şurası bazar ertəsi Azərbaycan ilə yeni əməkdaşlıq strategiyasını təsdiqləyib. Bu barədə bankdan məlumat verilib. Strategiya 2014-cü ildən 2018-ci ilədək olan dövrü əhatə edir.

GSR.fm Marja-ya istinadən xəbər verir ki, bankın məlumatında bildirilir: “AİB-in Azərbaycana strateji yanaşması nəqliyyat, energetika, su və digər şəhər kommunikasiya və xidmətlərinin təmin olunması sahəsində infrastruktur layihələrin həyata keçirilməsindən ibarətdir. Səmərəli infrastruktur qeyri-neft sektorunun inkişafı üçün yeni imkanların yaradılması və mövcud olanların inkişaf etdirilməsinə, yeni bazarlara çıxışı genişləndirməyə, o cümlədən rayon mərkəzlərində və kənd yerlərində məhsuldarlıq göstəricilərini artırmağa imkan verir”.

Strategiya Azərbaycan hökumətinin tərtib etdiyi iqtisadi inkişaf planları nəzərə alınmaqla hazırlanıb. Bundan başqa, AİB 2014-cü ildən 2017-ci ilə qədər olan dövrdə ölkəyə müxtəlif sahələrdə layihələrin reallaşdırılması üçün 752 milyon dollar vəsait ayıracaq.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.