İqtisadiyyat, ZZ-Manşet

Azərbaycana gətirilən avtomobillərin sayı 23% azalıb

esas-sekil-masin-bazariBu ilin yanvar-may aylarında Azərbaycana 30 576 ədəd avtomobil idxal olunub.

GSR.fm-in “APA-Economics”ə istinadən verdiyi xəbərə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9 135 ədəd və 23% azdır. Ötən ayla müqayisədə isə 3 844 ədəd və ya 14,3% çoxdur.

Belə ki, ölkəyə gətirilən avtomobillərin 151 ədədi sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 27 444 ədədi əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 2 765 ədədi yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 216 ədədi isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.