İqtisadiyyat, ZZ-Manşet

Azərbaycanda içki istehsalı azalıb

SXXN31412014-cü ilin I yarısında Azərbaycanda içki istehsalı 2013-cü ilin analoji dövrü ilə müqayisədə 2,7% azalıb.

Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

GSR.fm Marja-ya istinadən xəbər verir ki, statistik məlumatlara görə, 2014-cü ilin birinci yarısında respublikada pivə istehsalı 18,7% – 2 mln. 650,8 min dekalitrədək azalıb.

Hesabat dövründə 319 min dekalitr araq (azalma 25,9%), 298,8 min dekalitr şərab (artım 11,8%), 31,4 min dekalitr likör (azalma 38,4%), 4,1 min dekalitr şampan şərabı (azalma 53,9%) istehsal olunub.

2014-cü ilin I yarısında Azərbaycanda alkoqolsuz içki istehsalı 2013-cü ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 2,1% – 12 mln. 371,1 min dekalitrədək artıb.

2014-cü ilin yanvar-iyun aylarında respublikada 1 min 255,1 ton fermentlənmiş tütün və 976,3 mln. siqaret istehsal olunub.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.