İqtisadiyyat, ZZ-Manşet

Azərbaycanda Ümumi Daxili Məhsul artıb

dovlet-statistika-570x3602013-cü ilin yanvar-iyun ayları ilə müqayisədə bu ilin I yarısında Ümumi Daxili Məhsul istehsalı 2,1% artaraq 28,7 mlrd. manat təşkil edib.

GSR.fm APA-ya istinadən xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, əlavə dəyərin 46,0%-i sənaye sahələrində, 10,7%-i tikinti kompleksində, 10,3%-i ticarət və pullu xidmət sahələrində, 5,2%-i nəqliyyatda, 1,6%-i informasiya və rabitə müəssisələrində, 4,4%-i aqrar bölmədə, 14,7%-i digər sahələrdə yaradılıb.

Əhalinin hər nəfərinə orta hesabla 3063,3 manat məbləğində (3905,2 ABŞ dolları) əlavə dəyər istehsal olunub və ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,8% artıb. Əlavə dəyərin 56,3%-i qeyri-neft sektorunda istehsal olunaraq ötən ilin yanvar-iyun ayları ilə müqayisədə 7,0% artıb, neft-qaz sektorunda isə 3,9% azalıb.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.