Sosial, ZZ-Manşet

Azərbaycanın bəzi yerlərinə dolu düşəcək

hava soyuqİyunun 3-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Əsasən səhər və gündüz bəzi yerlərində arabir yağış yağacağı ehtimalı var. Şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

GSR.fm-in APA-ya istinadən verdiyi xəbərə görə, havanın temperaturu Abşeron yarımadasında gecə 16-19 dərəcə isti, gündüz 22-27 dərəcə isti, Bakıda gecə 17-19 dərəcə isti, gündüz 25-27 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında gündüz əsasən yağmursuz, lakin gecə və axşam şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturu Aran rayonlarında gecə 14-19 dərəcə isti, gündüz 27-32 dərəcə isti, dağlarda gecə 9-14 dərəcə isti, gündüz 16-21 dərəcə isti olacağı gözlənilir.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.