Magazine, ZZ-Manşet

Azərbaycanın “Eurovision-2017” təmsilçisi bəlli oldu

diana“Eurovision-2017″ Mahnı Müsabiqəsi ilə bağlı Münsiflər Heyətinin iclası keçirilib.

GSR.fm-in APA-ya istinadən verdiyi xəbərə görə, dekabrın 5-də bununla bağlı iclas keçirilib. İclasda Münsiflər Heyəti müsabiqədə Azərbaycanı Diana Hacıyevanın təmsil etməsi barədə qərar qəbul edib.

Diana Hacıyeva 1989-cu ildə Bakı şəhərində anadan olub. 2006-cı ildə 16 saylı orta məktəbini, sonra Bakı Musiqi Akademiyasını bitirib. Hazırda Bakı Caz Mərkəzində çalışır. 2010-cu ildə Diana Hacıyeva “Eurovision 2011”in seçim turlarında iştirak edib.

Öncəki xəbərNövbəti xəbər