Nur şəhəri adının yaranmasının əsas səbəbi- Mingəçevir Su Elektrik Stansiyası
Kür çayının Bozdağdan keçdiyi yerdə yaradılmış su elektrik stansiyasının tikintisi 1945-ci ildən başlanmış və 1953-cü ildə başa çatmışdır. Azərbaycanın müxtəlif rayonlarından Mingəçevir su elektrik stansiyasının quraşdırılmasıyla əlaqədar olaraq böyük sayıda insan gəlib, ümumilikdə isə bu stansiyanın tikilməsində 20.000 insan iştirak edib. 1940-cı illərin sonlarına doğru 10.000-ə yaxın alman hərbi əsirləri bu stansiyanın quraşdırılmasına cəlb edilib. Bugünkü Mingəçevir şəhəri isə su elektrik stansiyasının tikilməsiylə əlaqədar olaraq qurulub və 1948-ci ildə şəhər statusu alıb.
1957-ci ildə az güclü Varvara su elektrik stansiyası işə salınır ki bundan sonra Mingəçevir SES silsiləsi yaranır. Ümumilikdə isə su tutumu 16070 milyon m³ olan elektrik stansiyası 1953-1959-cu illərdə tam doldurulub.
Su anbarının tikilməsi və iki kanalın çəkilməsi ölkədə 970 min hektar sahəni suvarmağa imkan yaratmış və 200 min hektar sahənin su altında qalmaq təhlükəsini aradan qaldırmışdır.
Qeyd edək ki, burada 165 nəfər işçi çalışır. Stansiyanın tərkibinə 110, 220 və 330 kilovatlıq paylayıcı yarımstansiyalar daxildir.
since tough [url=http://cialisles.com/#]cealis[/url] soon foundation perfectly grandfather cialis 20 mg acquisto online likely concentrate cealis suddenly nose http://www.cialisles.com/