Siyasət, ZZ-Manşet

Azərbaycanla bağlı mandat verilə bilər

aib

Bu il oktyabrın ortalarında Avropa İttifaqında (Aİ) Azərbaycanla strateji tərəfdaşlıq haqqında saziş üzrə danışıqlara başlamaq üçün mandat verilə bilər.

GSR.fm APA-ya istinadən xəbər verir ki, bu barədə məlumatı  xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev verib.

Nazir müavini qeyd edib ki, Aİ daxilində bununla bağlı proses gedir.

M. Məmmədquliyev Aİ-də Azərbaycan üzrə alt komitələrin Bakıda iclasının keçiriləcəyini bildirib: “Biz onlarla danışmışıq və işlə başlayacağıq. Səhv etmirəmsə, ilk komitənin iclası sentyabrda, sonuncusu isə dekabrda olacaq. Bütün iclaslar Bakıda baş tutacaq. Tarixləri demək olar ki, məlumdur”.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.