İqtisadiyyat, ZZ-Manşet

Azərbaycanla İran arasında memorandum imzalanıb

iran azerbaycan bayaragiAzərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) nümayəndə heyəti İrana işgüzar səfər zamanı İranın Neft Sənayesi Elmi Tədqiqat İnstitutunda olublar.

GSR.fm-in APA-ya istinadən verdiyi məlumata görə, səfər zamanı Neft Sənayesi Elmi Tədqiqat İnstitutunun vitse-prezidenti Amirabbas Hosseini ARDNŞ-nin “Neftqazelmitədqiqatlayihə” İnstitutunun direktoru Fəxrəddin İsmayılov, direktor müavinləri Bağır Süleymanov, Əhməd Salmanov və ARDNŞ-nin “Nanotexnologiyalar” Departamentinin rəisi Valeh Şamilova institutda yerinə yetirilən layihələr və elmi araşdırmalar, o cümlədən nanotexnologiyalar sahəsində görülmüş işlərlə bağlı məlumat verib.

Nümayəndə heyəti də qarşı tərəfə Azərbaycanın neft-qaz sənayesində həyata keçirilən elmi işlər və texnologiyalar barədə məlumat verib. Zəngin elmi potensiala və kadr resurslarına malik hər iki institut arasında əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib və qarşılıqlı Anlaşma Memorandumu imzalanıb. Memorandumda neft və qaz yataqlarının kəşfiyyatı, işlənməsi, ehtiyatların qiymətləndirilməsi, geoloji-hidrodinamik modellərin qurulması, ekoloji məsələlərin həlli, neft sənayesi üçün kimyəvi maddələrin işlənməsi, eləcə də nanotexnologiyaların tədqiqi, tətbiqi və digər istiqamətlər üzrə birgə əməkdaşlıq nəzərdə tutulub.

Görüşdə ARDNŞ-nin İrandakı nümayəndəliyinin başçısı Oqtay Sadıqzadə və məsul əməkdaşı Murtuza Bagheri iştirak ediblər.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.