Siyasət, Xəbərlər, ZZ-Manşet

“Azərbaycanla Pakistan üç istiqamətdə razılığa gəlib”

xurram-dastgir-xan

Bu gün Bakıda baş tutan Azərbaycan-Pakistan işgüzar görüşü çərçivəsində tərəflər 3 əsas sahə üzrə razılığa gəlib. GSR.fm-in APA-ya istinadən verdiyi məlumata görə, bunu Pakistanın ticarət naziri Xurram Dastgir Xan bildirib.

Onun sözlərinə görə, tərəflər imtiyazlı şərtlər əsasında ticarətin aparılması ilə əlaqədar razılığa gəliblər: “Bu istiqamətdə işlərin aparılması üçün birgə işçi qrupu yaradılacaq. İşçi qrupu imtiyazlı şərtlərlə ticarət olunan məhsulların siyahısını tərtib edəcək”.

Nazir əlavə edib ki, razılığa gəlinən əsas məsələlərdən biri də Pakistan-Azərbaycan birgə müəssisələrinin yaradılmasıdır. “Hesab edirəm ki, əczaçılıq, toxuculuq, kənd təsərrüfatı və energetika sahəsində fəaliyyət göstərən birgə müəssisələrin yaradılması üçün gözəl imkanlar mövcuddur”, – deyə o bildirib.

Onun sözlərinə görə, razılığa gəlinən digər məsələ isə viza rejiminin sadələşdirilməsidir ki, bu da bir çox sahəyə müsbət təsir edəcək.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.