Müsahibə, Z-Manset

“Azərbaycanla Yunanıstan arasındakı münasibətlər intensivdir”

mubariz.ehmedogluAzərbaycan Prezidenti İlham Əliyevin Yunanıstana rəsmi səfəri başa çatıb.

Yunanıstan səfərini GSR.fm üçün şərh edən Siyasi İnnovasiyalar və Texnologiyaları Mərkəzinin sədri Mübariz Əhmədoğlu görüşü müsbət hal kimi qiymətləndirib: “Yunanıstan hal-hazırda Avropa İttifaqına sədrlik edən dövlətdir və Azərbaycanın Avropa İttifaqı ilə əlaqələri çox intensivdir. Bu  yaxında Avropanın  İttifaqının sədri Barrozo Azərbaycanda idi. Azərbaycan prezidenti Barrozonun gəlişindən dərhal sonra Yunanıstana səfər etdi. Orada 3 sənəd imzalandı. Sənədlərdən daha vacibi Avropa İttifaqı ilə əməkdaşlığı əhatə edən məsələlərlə bağlı imzalanmış sənəddir”.

Prezident İlham Əliyevin Yunanıstanın müxalifət nümayəndələri ilə görüşünə toxunan Mübariz Əhmədoğlu bunu Azərbaycanın Avropa İttifaqında dəstəklənməsi üçün önəmli oluğunu bildirib: “Avropa ittifaqında Yunanıstan sədrdir. Yunanıstanı iqtidar nümayəndələri ilə yanaşı müxlifət nümayəndələri də təmsil edir. Yunanıstan Azərbaycanla əlaqəli məsələni Avro Parlamentdə qaldırdığı zaman müxalifətin məsələdən xəbəri olmasa parlamentdə əlavə müzakirələrə səbəb ola bilər. Vaxt aparan məsələdir, ona görə, Azərbaycan prezidenti orda olarkən müxaifətin lideri ilə də görüşdü ki, Azərbaycanla əlaqəli məsələlər Yunanıstanın Avropa İttifaqına sədrliyi dövründə qaldırılarkən Yunanıstan müxalifəti də həmin ideyanı dəstəkləsin”.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.