Sosial, Xəbərlər, ZZ-Manşet

Azərbaycanlı dənizçi xilas edilib

0f59740da4902243e8c05f070e7d3290

Türkiyə Hərbi Dəniz Qüvvələri mühərrikinin sıradan çıxması səbəbindən Qara dənizdə sürüklənən yük gəmisinin heyət üzvü olan azərbaycanlı dənizçini xilas edib.

GSR.fm-in APA-ya istinadən verdiyi məlumata görə, Türkiyənin Tuzla limanından Ukraynanın Sevastopol limanına yollanan Panama bayraqlı “M/V FOM” yük gəmisinin heyəti oktyabrın 21-də həyəcan siqnalı verərək yardım istəyib.

Qara dənizdəki Ereğli limanından 70 mil şimalda olan gəminin heyətinin xilas edilməsi üçün Türkiyə Hərbi Dəniz Qüvvələri bölgəyə “Yıldırım” gəmisini göndərib. Gəmidəki “AB-212” Xilasetmə əməliyyatı üçün hava qaldırılıb. Vertolyotdan endirilən nərdivan vasitəsi ilə bir azərbaycanlı, dörd gürcü və 3 Türkiyə vətəndaşı olmaqla, 8 gəmi heyəti xilas edilib. Gəmi heyəti Ereğli  limanına gətirilib. Gəmi heyəti xilasetmə əməliyyatı ilə əlaqədar hərbçilərə təşəkkür edib.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.