Magazine, ZZ-Manşet

Azərbaycanlı solistlər beynəlxalq festivala gedəcəklər

turizmOktyabrın 5-dən 12-nə kimi TÜRKSOY Beynəlxalq Mədəniyyət Təşkilatı tərəfindən XIX TÜRKSOY Opera günləri keçiriləcəkdir.

GSR.fm xəbər verir ki, ənənə üzrə hər il baş tutan bu tədbir 2016-cı ildə Azərbaycanın görkəmli sənətkarı məşhur müğənni Rəşid Behbudovun 100 illik yubileyinə həsr edilib. Bir qayda olaraq TÜRKSOY Opera günlərində bütün türkdilli ölkələrin tanınmış sənət xadimləri iştirak edirlər. Festival çərçivəsində konsertlər İstanbul və Qirnədə (Şimali Kipr Cümhuriyyəti) keçiriləcək.

Azərbaycanı bu  tədbirdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının aparıcı solistləri, Azərbaycan Respublikası Prezidenti mükafatçıları – Xalq Artisti Azər Zeynalov və Əməkdar Artist Afaq Abbasova təmsil edəcəklər. Onlar konsertlərdə klassik dünya bəstəkarlarının əsərləri ilə yanaşı, vaxtilə Rəşid Behbudovun repertuarına daxil olan ariya və duetlər də ifa edəcəklər.

afaq abbasova azer

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.