Sosial, ZZ-Manşet

Azərbaycanlı zəvvarların ilk qrupları Bakıya qayıdıb

dilek mermerHəcc ziyarətini başa vuran azərbaycanlı zəvvarların ilk qrupları bu gün vətənə dönüb

Heydər Əliyev Beynəlxalq Hava Limanında zəvvarların qarşılanma mərasimi keçirilib. İlk təyyarədə 8 qrupdan ibarət 300-dən çox zəvvar olub.

GSR.fm APA-ya istinadən xəbər verir ki, bu gün zəvvarları gətirəcək daha 3 təyyarə Bakıya enəcək. Son təyyarə reysi oktyabrın 15-də həyata keçiriləcək və bununla azərbaycanlı zəvvarların Həccdən dönüşü başa çatacaq.

Qeyd edək ki, ziyarət bu il də iki variantda təşkil olunub. Şəraiti nisbətən aşağı səviyyəli və gündə iki dəfə yemək verilən hotellərdə qalan zəvvarlar üçün ümumi ziyarət xərci 3250 manat, daha yaxşı şəraitli və yeməkləri daha çeşidli olan hotellərdə qalmaq istəyən zəvvarlar üçün ümumi xərc 4100 manat təşkil edib. Qiymətlər ötənilki qiymətlərlə eyni olub. Həcc ziyarətinə səfərlər yalnız təyyarə ilə baş tutub. Suriyada baş verənlər və regionda İŞİD təhlükəsi ilə əlaqədar olaraq bu il də zəvvarlar avtobuslarla səfər edə bilməyiblər. Bu il Azərbaycandan Həcc ziyarətinə 4 minə yaxın zəvvar gedib.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.