Sosial, ZZ-Manşet

“Azərxalça” ASC yaradılıb

ilham serencam2Azərbaycan prezidenti İlham Əliyev “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında sərəncam imzalayıb.
GSR.fm-in APA-ya istinadən verdiyi xəbərə görə, sərəncama əsasən “Azərxalça” Elmi Yaradıcılıq İstehsalat Birliyi ləğv edilib.

Səhmləri dövlətə məxsus olan “Azərxalça” ASC Azərbaycanda xalça və xalça məmulatlarının istehsalını, ixracını, onların ölkə daxilində və xaricdə satışının təşkilini, xalça və xalça məmulatlarının istehsalında yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirəcək.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.