GSR TV, Z-Manset, ZZ-Manşet

Bağçada bilik yarışması keçirilib

[videojs youtube="https://www.youtube.com/watch?v=S02qAxRMYj0" width="100%" height="420"]

Fevral ayının 16-sı “İnci” uşaq bağçasında “Breyn ring” adlı bilik yarışması keçirilib. Oyun kimi təşkil olunan yarışmada  uşaqlar  valideynləri  ilə birgə komanda şəklində iştirak edib. Məntiqi suallara həvəslə cavab verən balacalar yarışda öz məharətlərini göstəriblər.

Bağçanın direktoru Vəfa Şirinova keçirilən bilik yarışmasının məqsədi haqqında GSR.fm-ə məlumat verib:

“İlk növbədə uşaqlar komanda şəklində oynamağı öyrənirlər. İkinci, onlar dinləməyi öyrənirlər. Bu, bir intellektual oyundur, oyuna tez cavab verməkdir. Üçüncü, uşaqlar sualı beyinlərində qavramaq, onun cavabını tapmaq, cavabı tapdıqdan sonra tez reaksiya verərək onu düzgün və diqqətini tam toplayaraq cavab verməyi öyrənirlər. Bu, hal-hazırda bağçamızın ilk addımlarıdır. Amma bu tipli layihələr gələcəkdə uşaqlarda komanda ruhunun formalaşmasında kömək olacaq.”

Bağça tərəfindən belə ya  rışmaların təşkilinin uşaqlara psixoloji təsirindən bəhs edən direktor oyunlar zamanı balacalarda üzə çıxan keyfiyyətlərdən də danışıb:

“Çox möhtəşəm təsir göstərir. Onlar hər dəfə qalib gəldikdə, sualı düzgün cavablandırdıqda həvəslənirdilər, bəzən emosiyalarını gizlədə bilmirdilər, yerdən durub cavab verirdilər. Ən gözəli o idi ki, valideynlər bu qədər həyəcanlı idilər. Yəni onlar öz uşaqlarına baxdıqca həm fəxr edirdilər, həm də həvəslənirdilər. Belə oyunlar zamanı birinci, onlarda diqqət toplanır, ikinci, verilmiş sualı qavramaq, onun analizi və sintezi yaranır. Onlar bir yerdə müzakirə etməyi öyrənirlər, komanda kimi çıxış etməyi öyrənirlər, bir-birini dinləməyi öyrənirlər, səhv olduğu zaman yoldaşına kömək etməyi öyrənirlər. Bütün bu cəhətlər uşağın inkişafında çox vacib cəhətlərdir.”

Yarışda uşaqları ilə bərabər çıxış edən valideynlər oyun haqda öz fikirlərini bildiriblər:

Könül Mustafayeva: “Tədbir çox gözəl keçdi. Uşaqlar aktiv iştirak etdilər, yaxşı cavab verdilər. Hər iki qrup çox güclü idi. Hətta valideynlər arasında da oyun keçirildi. Mən çox razı qaldım. Vəfa xanıma, müəllimlərə təşəkkürümü bildirirəm, uşaqlar üzərində çox əziyyətlər çəkiblər. Mən çox şadam ki, uşağım “İnci” bağçasında oxuyur, bu dərəcədə inkişaf etməyinə çox sevinirəm.”

Lalə Əliyeva : “Çox gözəl keçdi, bağçamız həmişə fəaliyyətinə görə başqa bağçalardan seçilir. Breyn ring oyunundan çox razı qaldım.”

Qeyd edək ki, bağçada tez-tez belə yarışmalar təşkil olunacaq.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.