Cəmiyyət

Bağçaların özəlləşdirilməsi problemi həll etdimi?

Bakı şəhər sakini İbadova Yaqut xanım isə özəlləşdirilən bağçaların sonradan  istifadəyə yararsız hala düşməsindən şikayətlənir.

İbadova Yaqut:

– Tiksələr yaxşı olar, pis olmaz. Uşaqlarımız, nəvələrimiz Allah qoysa gələr. Amma belə də forması pisdir.

Uşaq Hüquqlarını Müdafiə Liqasının sədri Yusif Bəkirov bildirir ki, bağçaların özəlləşdirilməsi problemi ardan qaldırmadı, onu daha da dərinləşdirdi. Çünki bağçalar özəlləşdirildikdən sonra profilləri dəyişdirildi. Halbuki, bu qanuna zidd idi.

Yusif Bəkirov:

Bu bina əvvəllər bağça kimi fəaliyyət göstərib

– Təssüfflər olsun ki, 2006-cı ildə belə bir sərəncam verildi ki, bağçalar özəlləşdirilsin. Bunun təşəbbüskarı da Təhsil Nazirliyi çıxmışdı. Özəlləşdirilən bağçaların heç biri bağça kimi fəaliyyət göztərmədi. Orada olan uşaqlar bağçadan kənar olundu. Bu özəlləşdirilən bağçalar isə restoranlara çevirildi, hündür mərtəbəli binalar tikildi mağazalara verildi.

Biz də mövzu ilə bağlı suallarımıza cavab tapmaq üçün Təhsil Nazirliyi  ilə əlaqə saxladıq. Təhsil Nazirliyinin Məktəbəqədər Təhsil sektorunun müdiri  Nərminə Alnağıyeva da təsdiqləyir ki,  özəlləşdirilən bağçalar sərəncama uyğun olaraq  öz profili üzrə fəaliyyətini davam etdirməlidir. Özəlləşdirilən bağçalar isə Təhsil Nazirliyinin sərəncamından çıxaraq birbaşa əmlaka çevrilir.

Nərminə Alnağıyeva:

– Müəssisə Təhsil Nazirliyinin balansından çıxır. Bu birbaşa əmlakda olur. Əmlak sərəncamının həyata keçirilməsini nə dərəcədə düzgün aparılıb aparılmamasının monitorinqini  mütəmadi özü aparmalıdır, biz yox. Vaxti ilə eləmişik çoxdandır monitorinq keçirmirik. Bəlkə də son vaxtlar yeni məlumat var, amma bizdə yoxdur o məlumatlar.

Sərəncamda göstərildiyi kimi özəlləşdirilməyə açıq elan edilmiş sosial obyektlərin öz profilini saxlamaq şərtilə özəlləşdirilməsi məsələsi Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilir. Biz də dövlət qurumunun özəlləşdirməni hansı formada apardığını  və sərəncamda göstərildiyi kimi sosial obyektlərin öz profili üzrə fəaliyyətinə necə nəzarət edildiyini öyrənməyə çalışdıq. Amma qurumun mətbuat xidmətinin rəhbəri Qulu Xəlilov bildirdi ki, rəhbərlikdən icazə vermədiylərinə görə bizə  müsahibə verə bilməyəcək.

Bağçaların özəlləşdirilməsi haqqında sərəncamın 3.2-ci bəndində göstərilir ki, alıcı tərəfindən özəlləşdirilən müəssisənin profilinin dəyişdirilməməsi  barədə öhdəlik yerinə yetirilmədikdə alqı-satqı müqaviləsi ləğv edilir. Ekspert Yusif Bəkirov bildirir ki, Azərbaycanda bununla bağlı indiyə qədər  heç bir real iş görülməyib.

Yusif Bəkirov:

– Təhsil Nazirliyi öz səhvini başa düşüb bağçaları geri qaytarmalı idi. Bu problem hələ də aktuallığını itirmir. Reallıqda hələ də mövcuddur.

Ekspert ona da bildirir ki, bağçalar özəlləşdirməyə çıxarılarkən Azərbaycanda olan minimum yaşayış həddini nəzərə almalı idilər. Çünki bağçalara daha çox aztəminatlı ailələrin uşaqları qoyulur. Azərbaycanda da hər ailənin imkanı çatmır ki,  ayda 300 azn bağçalara ödəsin.Buna görə də bağçaların özəlləşdirilməsi səhv addım idi.

 

Öncəki xəbərNövbəti xəbər

3 şərh

  1. Geri izləmə: vagragenericaar.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.