GSR TV, Reportaj

“Baha olsa da, ucuz olsa da alacaqlar”

Bazarlarda yeni mövsümün, yaz və yay aylarına məxsus olan meyvə və tərəvəzləri görməyə başlayırıq. Biz də bazarlardakı vəziyyəti öyrənmək üçün paytaxtda yerləşən bazarlardan birinə yollandıq və alıcıların qiymətlər barədə fikirlərini öyrəndik.

– Çox bahalıqdır, cibimizə uyğun deyil. Hər şey var, ancaq puldan başqa. Keçən il biraz dolanşıq yaxşı idi. Bu il dolanşıq lap çətinləşib.

– Keçən il ilə bu il arasında fərq böyükdür.  Bu il bazar çox bahaçılıqdır. Bazarda qiymətləti tənzimləmək mümkün deyil. Çünki günü-gündən hər şey artır, hər şeyin qiyməti qalxır. Gəlirsən dünən 2 manat idi bu gün 2.50 qəpikdir. Dünən 1.50 qəpiyə çiyələk idi bu gün ediblər 3-4 manat arası. Çox bahaçılqdır narazıyıq.

Alıcıların narazılığı və qimətlərlə bağlı vəziyyəti həm də satıcılardan soruşduq.  Onlar bildirdilər ki, keçən il ilə bu il arasında qiymətlərdə artım müşahidə olunur və satıcılıq qabiliyyəti aşağıdır.

– Lazım olanı alacaqlar. Qiymət baha olsa da, ucuz olsa da  alacaqlar. Çünki bu ərzaq işlənilən şeylərdir. Qiymətlər düzdür aşağı enib, az miqdarda, çox yox. Qış məhsulları aşağı enib, yaz məhsulları isə bahadır.

– Devalvasiyadan sonra bizim alıcılarımız, alıcı qüvvəmiz ümumiyyətlə yoxdur. Qiymətlər  də, artım da çoxalıb. Elə bil pomidoru əvvəllər alırdıq 2 manata indi alırıq 2.50 qəpiyə. Xiyarın qiyməti enib. Hal-hazırda rayondan gələn yelpənək xiyarının qiyməti 1 manatdır. 1 manata topdan satış  qiymətidir, satış qiyməti isə 1.50 qəpikdir.

Məsələnin iqtisadi tərəfləri barədə bizə iqtisadi ekspert Reşad Həsənov məlumat verdi. Qeyd etdi ki, bahalılığın aradan qaldırılmasının qısa bir müddətlik yolu yoxdur. Azərbaycanda kiçik və orta sahibkarlıq zəif  inkişaf edir.

– Əslində bahalığın olması təbii bir prosesdir. Azərbaycan manatı bildiyiniz kimi təxminən 49% öz dəyərini itirib. Devalivasiyalar ölkə iqtisadiyyatında yaranmış böhranın nəticələridir. Əhalinin alıcılıq imkanları kifayət qədər azalıb. İnsanlar iş yerlərini itirib, xarici valyutada olan borcları ciddi şəkildə bahalaşıb və borc yükü artıb.

Bazardakı vəziyyət ilə bağlı Azad İstehlakçılar Birliyini sədri Eyyub Hüseynovun fikirlərini öyrəndik. Ekspert bildirdi ki, bazarlarda süni qiymət artımını müşahidə olunmur. Azad bazar iqtisadiyyatında hər bir şəxs öz malını istədiyi qiymətə sata bilər.

– Azad bazar iqtisadiyyatı şəraitində məmurun vətəndaşa  kartofu bu qiymətə, almanı bu qiymətə sat deməyə ixtiyarı yoxdur. Bu qeyri-qanuni bir hərəkətdir. Əgər Nazirlər Kabineti belə bir qərar qəbul eləsə,  malların yuxarı satış qiymətlərini, onda ondan yuxarı satılan, verilən qiymətlər qeyri-qanuni olar. Çox təəssüf ki, belə bir siyahı yoxdur.

Qeyd edək ki, 2015-ci il 21 dekabr tarixdən Azərbaycan manatı devalvasiyaya uğrayıb..


Hazırladı:

Tamam Süleymanova

Vüqar Dadaşov

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.