GSR TV, Z-Manset

“Bakı Caz Festivalı 2014” davam edir

[videojs youtube="https://www.youtube.com/watch?v=xhoBT7DMKEo&list=UU0WOYJu3UqlZzA94GjpRMrA" width="100%" height="420"]

22 oktyabr tarixində Bakıda Bakı Caz Festivalı 2014 çərçivəsində Heydər Əliyev adına Sarayın səhnəsindəTerence Blanchard Quintet və Rauf Abdullayevin rəhbərliyi altında Azərbaycan Dövlət Simfonik Orkestrının konserti keçirildi. 90-cı illərdən etibarən Nyu York caz səhnəsində lider olan Terence Blanchard 2000-ci ildən etibarən Telonius Monk Caz İnstitutunun (Thelonious Monk Institute of Jazz) bədii rəhbəridir.

GSR.fm xəbər verir ki, Terence Blanchard Quintet konsertdə  New Orlean  şəhərinin Katrina qasırğası nəticəsində dağılması və bir çox insanın dünyasını dəyişməsinə həsr etdiyi musiqi parçasını da səsəndirib.

Onu da qeyd edək ki, Bakı Beynəlxalq Caz Festivalı  19 – 30 oktyabr tarixlərində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Mədəniyyət Fondunun təşkilatçılığı ilə keçirilir.

Hazırladı:
Asim Cəlilov
Fərid Şabanov

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.