İdman

Bakı məktəbliləri “Olimpiya Hərəkatı-2019” proqramında

Paytaxt məktəbliləri “Olimpiya Hərəkatı-2019” (Olympic Moves-2019) proqramı çərçivəsində keçirilən Bakı birinciliyinin final mərhələsində uğurla çıxış ediblər.

GSR.fm xəbər verir ki, final mərhələsinin nəticələrinə əsasən, “Olimpiya Hərəkatı-2019” proqramının üçüncü mövsümünün I, II və III yerlərini müvafiq olaraq velosiped yarışı üzrə 308, 29, 111 nömrəli tam orta məktəblərin, badminton üzrə 286, 260, 276 nömrəli tam orta məktəblərin, həndbol üzrə isə 183, 12 və 80 nömrəli tam orta məktəblərin komandaları tutub.

Qalib məktəb komandaları təşkilatçı qurumların kubok, diplom, medal və qiymətli hədiyyələri ilə mükafatlandırılıb.

Qeyd edək ki, noyabr ayından start götürən proqram idmanın badminton, həndbol və velosiped yarışlarını əhatə edib.

Məktəbdaxili yarışlarda paytaxtın 291 məktəbi üzrə ümumilikdə 13 mindən çox şagirdi iştirak edib. Final mərhələsində hər rayondan müvafiq idman növləri üzrə birinci yeri tutan komandalar mübarizə aparıb.

“Olimpiya Hərəkatı-2019” idman proqramı Təhsil Nazirliyi, Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilir.

Öncəki xəbərNövbəti xəbər

1 şərh

  1. I have to show my thanks to this writer just for rescuing me from this crisis. As a result of researching throughout the world wide web and seeing tips which are not helpful, I thought my entire life was done. Living without the solutions to the issues you have fixed by means of your entire site is a serious case, and the ones which might have adversely affected my career if I had not discovered your web page. Your primary know-how and kindness in touching all the things was crucial. I am not sure what I would’ve done if I hadn’t discovered such a stuff like this. It’s possible to now look forward to my future. Thanks for your time so much for your skilled and sensible guide. I won’t hesitate to endorse your web page to any person who desires tips about this situation.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.