Sosial, Xəbərlər, ZZ-Manşet

Bakıda “EFPSA Day” qeyd olunub

unnamed

11 dekabr 2016-cı il tarixində “Gənc Psixoloqlar” İctimai Birliyi tərəfindən “EFPSA Day” tədbiri həyata keçirilib.

Tədbirdə “EFPSA Day”-in məqsədi və Avropa Tələbə Psixoloqlar Assosasiyalar Federasiyasının (EFPSA) fəaliyyət və xidmətləri haqqında ətraflı məlumat verilib.

GSR.fm-in verdiyi məlumata görə, daha sonra Azərbaycanda keçiriləcək Avropa Tələbə Psixoloqlar Assosiasiyası Federasiyasının 31-ci konqresinin mövzusu və təşkilatı işləri, həmçinin gənclərin bu konqresə necə qoşula biləcəkləri haqqında danışılıb. 50-dən çox psixoloqun qatıldığı tədbirin sonunda isə ölkəmizdə baş tutacaq konqresin tanıtım çarxı və “EFPSA Day” videosu təqdim olunub, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Məlumat üçün bildirək ki, 23-30 aprel 2017-ci il tarixlərində 33 ölkədən 350-ə yaxın gənc psixoloqların və professorların iştirakı ilə 31-ci EFPSA konqresi “Gənc Psixoloqlar” İctimai Birliyi tərəfindən Azərbaycanda təşkil olunacaq.

Öncəki xəbərNövbəti xəbər