Reportaj, ZZ-Manşet

Bakıda “Mədəniyyətlər festivalı” keçirilib - Reportaj

[fbvideo link=”https://www.facebook.com/gsr.fm/videos/1205030922849265/” width=”850″ height=”500″ onlyvideo=”1″]Park Bulvarda “Mədəniyyətlər festivalı” keçirilib.

“Global Village” AIESEC Azərbaycan Beynəlxalq Gənclər Təşkilatı tərəfindən 2011-ci ildən bəri hər il keçirilən mədəniyyət festivalıdır. Dünyanın 10-dan çox ölkəsindən tələbə mübadilə proqramı əsasında Azərbaycana gələn gənclər iyunun 29-u bir yerə toplaşıblar. Tədbirdə qonaqlara müxtəlif ölkələrin musiqisi, rəqsləri, incəsənəti və adət-ənənələri nümayiş olunub.

AIESEC Azərbaycan Beynəlxalq Gənclər Təşkilatının 2015 -2016-cı illər üçün seçilmiş sədri Pənah Abbasov bu haqda GSR.fm-ə müsahibə verib. Onun sözlərinə görə, təşkilatın on illik fəaliyyəti dövründə 1000-ə yaxın tələbə təcrübə mübadiləsi aparılıb.

“Bugünkü tədbirimiz Global Village yəni, Global Kənd tədbiridir. Bu gün 20-dən artıq gənc burada öz ölkələrini təmsil edirlər və bu gənclər Azərbaycanda müxtəlif sosial proyektlər üzərində işləyirlər. Hal-hazırda misal üçün təhsil, ətraf mühit, sağlamlıq, Azərbaycanın dünayaya tanıdılması kimi proyektlər üzərində işləyirlər. O, səbəbdən Azərbaycandadırlar. Bu gün də bu tədbirdə hər kəs öz ölkəsinin mədəniyyətini, tarixini, öz yeməklərini, turizmini və s.  Azərbaycanda təmsil edirlər”.

 Pənah Abbasov

Pənah Abbasov gələcək planlar barədə də məlumat verib. O bildirib ki, bu yay ərzində proqram vasitəsilə 160 yaxın xarici tələbə Azərbaycana gələcək:

“Bu tədbir bizdə iyul-avqust aylarında da baş verəcək. Çünki, hal-hazırda ancaq iyul ayının mübadilə proqramı ilə gələn tələbələr var. İyulda və avqustda daha çox tələbələr Azərbaycanda olacaqlar. Tədbirin əsas məqsədi dünyanın müxtəlif mədəniyyətlərini və müxtəlif ölkələrinin fərqli mədəniyyətlərini Azərbaycan cəmiyyətinə çatdırmaq və bu haqqda bilgiləndirməkdir”.

Qeyd edək ki, tədbir Park Bulvar alış-veriş mərkəzində keçirilib.


Hazırladı: Günay Kəlbəcərli 

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.