Sosial, ZZ-Manşet

Bakıda növbəti əmək yarmarkası təşkil olunacaq

yarmarka-570x360Bakının Nəsimi, Binəqədi və Nərimanov rayonları üzrə əmək yarmarkası keçiriləcək.

İyunun 6-da Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən Bakıda növbəti əmək yarmarkası təşkil olunacaq.

GSR.fm-in Trend-ə istinadən verdiyi xəbərə görə, Bakı Tennis Akademiyasında (Binəqədi r-nu, 8-ci mkr., İbrahimpaşa Dadaşov küç., 3158/3156, “Azadlıq” metrosunun yaxınlığı) baş tutacaq tədbirdə paytaxtın Nəsimi, Binəqədi və Nərimanov rayonları üzrə əmək yarmarkası keçiriləcək.

Yarmarkada 49 müəssisə üzrə boş (vakant) iş yerləri işsiz və işaxtaran vətəndaşlara təqdim olunacaq.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.