Sosial, Xəbərlər, ZZ-Manşet

Bakıda xarici universitetlərin sərgisi olacaq

poster

“Improveer International” Xaricdə Təhsil Mərkəzi paytaxtda böyük təhsil sərgisi təşkil edəcək.

GSR.fm-in verdiyi məlumata görə, Dekabrın 18-də 12:00-dan 17:00-dək Bakıda Park Inn Hotelində keçiriləcək sərgidə Türkiyə, Avropa, Birləşmiş Krallıq, ABŞ, Kanada universitetləri iştirak edəcək.

“Improveer International” Təhsil Mərkəzinin təşkil etdiyi sərgidə tələbələrə yüksək keyfiyyətli təhsil imkanı, xarici universitetlərə qəbul olma şərtləri, IETLS, TOEFL, YÖS, GRE, GMAT və General English kursları barədə ərtaflı məlumat veriləcək.

Qeyd edək ki, sərgidə iştirak ödənişsizdir.

Sərgidə iştirak zamanı sürətli giriş üçün qeydiyyat formunu doldurun.

http://improveer.com/27-masterfair-qeydiyyat.html

Qeydiyyat formunu doldurmayanlar birbaşa sərgi girişində qeydiyyatdan keçə bilərlər.

Sərgimizdə Koç Universiteti, Sabancı Universiteti, Lefke Avropa Universiteti, Beykent Universiteti, Bahçeşehir Universiteti, Mendel University in Brno, Kaplan International English Language School və Kaplan International Pathways şirkətinin təmsilçiliyi ilə Mount Alison University, Northern Arizona University, University of Northern British Columbia, Regina University, Humber University və digər məşhur universitetlər iştirak edəcəklər.

Öncəki xəbərNövbəti xəbər