Cəmiyyət

Bakıdakı retro avtomobillər

Retro maşın sahiblərinin avtomobillərini nümayiş etdirdiyi maşın klubları demək olar ki , Azərbaycanda çox azdır. Tək-tük hesab olunan bu klublardan biri Biləcəri qəsəbəsində olan “Avto Retro Klub” dur. Klub 2002-ci ildə retro maşın həvəskarları tərəfindən təsis olunub.

Klubun direktoru Elşən İsmayılov ilə müsahibəmizə klub ilə tanışlıqdan başlayırıq. O,deyir ki, klubun yaranması həvəsi onda çoxdan olub və bu həvəs sonda özünü real işdə göstərib.

Muzeydəki kiçik eksponatlar

Elşən İsmayılov:

Klub yaranıb 2002-ci ildə. Klubun yaranması da çox maraqlı oldu. Özümdə çoxdan belə həvəs var idi retro avtomobillərə. 2002-ci ildən biz artıq başladıq bazamızı yaratmağa. Avtomobillərə olan maraq, atasından, babasından qalmış avtomobilləri bərpa ediblər və gəlib klubun üzvü olublar. 

Onun sözlərinə görə, klub üzvlərinin hamısı sırf retro maşın sahibi deyillər. Belə avtomobillərə aid şəkilləri, modelləri, ədəbiyyatı toplayanlar da  “Avto Retro Klub”un  üzvləridir.Klubun tərkibində olan muzeylə tanış oluruq. Elşən bəy bildirir ki, muzeydə  olan eksponatları müxtəlif yerlərdən gətiriblər, bəziləri hədiyyədir, bəzilərini isə pul ilə alıblar.

Elşən İsmayılov:

Qədimi avtomobillərin müəyyən hissələri var burada. Onların da tarixi çox maraqlıdır. “Opel Admiral” 1937-ci ilin avtomobilidir. Hal-hazırda da  bərpa işləri aparılır onların üzərində. Onu biz Gədəbəyin Moruğlu kəndində tapmışıq torpağın içində, 8-9 il bundan öncə. Üzərində işlər gedir, hələ tam bərpa olunmayıb.

Klubun hazırda  80-ə yaxın üzvü var. 8 ildir bu kluba üzv olan Paşa İsmayılov ilə söhbətimizə davam etdirik. O, “Qaz 21”markalı maşının sahibidir. Deyir ki, maşını ilə bir çox  yürüşlərdə də iştirak edib və avtomobili ona hər zaman sadiq dost olub.

Paşa bəy öz avtomobili haqqında danışır

Paşa İsmayılov:

1956-ci ildə çıxıb bu maşın “Qaz 21”  yəni,  sonradan  bunu “M-21”  adı ilə buraxdılar. Əsas buraxılışı 1957-ci ildən.  Birinci buraxılış, sonra olub ikinci buraxılış. Bu maşın isə üçüncü buraxılışdır, 1967-ci ilin buraxılışıdır. 1957-ci ilin 1958-ci ilin maşınlarından ən yaxşısı, ən belə pristijli maşın sayılırdı. 75 at güvvəsindədir.

Öz avtomobili haqqında ağız dolusu danışan Zamiq Zeynalov  isə ona atasından  qalan “Maskiviç 2140” markalı maşının 26 ildir istifadə edildiyini və bu günə qədər avtomobildə heç bir dəyişiklik olunmadığını deyir.

Zamiq Zeynalov:

Moskviç-2140

1987-ci ilin avtomobilidir. Moskva tərəfindən istehsal olunub. “Qaz 21” dən, “Qaz24”dən fərqli cəhətləri var təbii ki, çünki,  bu “Moskiviç2140”  65 at gücüdür. Bu “Moskiviç”in sadə variantıdır. Çünki, belə deyək bundan başqa “Moskiviç2140”ın lüks variantı var. Bir neçə variantda istehsal olunub zavod tərəfindən.

Klubun digər üzvü, “Moskiviç-403” avtomobilinin sahibi Əli Abdullayev isə avtomobilinin əlavə nikel və arxa işıqlarına görə digərlərindən fərqləndiyini qeyd edir.

Əli Abdullayev:

1962-ci ilin istehsalıdır. Üç il ərzində istehsal olunub, 1962-ci ildən 1965-ci ilə kimi. İki cür modifikasiyada. Bu gördüyünüz “Moskiviç 403” markalı avtomaşındır və bu eksportnı variantdır. Moskva şəhərində istehsal olunub. 45 at gücündədir, dörd silindirlidir.

Moskviç-403

Bu işdə heç bir maddi marağın olmadığını və  yalnız mənəvi zövq aldıqlarını bildirən klubun direktoru Elşən bəy klubun gələcəkdə fəaliyyət göstərməsi, klub üzvlərinin sayını artırmaları üçün dövlət qurumları tərəfindən maliyyə dəstəyi lazım olduğunu qeyd edir. O, deyir ki, klub hazır bir muzeydir və onu qorumaq lazımdır.

 

Öncəki xəbərNövbəti xəbər

1 şərh

  1. Geri izləmə: vagragenericaar.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.