Sosial, ZZ-Manşet

Bakının ekoloji vəziyyəti ilə bağlı açıqlama

Baki“Şəhərimiz küləkli olmasa, vəziyyət daha çətin olar”.

Bakı şəhərinin ekoloji vəziyyəti tam təmiz deyil, lakin bu istiqamətdə işlər gedir.

GSR.fm-in SalamNews-a istinadən xəbər verir ki, bunu Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov söyləyib.  O bildirib ki, paytaxtda avtomobillərin çox olması ekologiyaya zərbə vurur:  “Maşınların havaya buraxdığı zərərli qaz, yaşıllıqların azaldılması və yeni binaların tikilməsi ekoloji durumu pisləşdirir. Bakı küləkli olmasa, vəziyyət daha çətin olar. Bakıya bu gecə yağan yağış təmiz idi. Bu, onu göstərir ki, atmosferdə tozlanma sıfıra bərabərdir.”

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.