Reportaj, ZZ-Manşet

Balacalar musiqi gününü qeyd etdilər

17 sentyabr tarixində “Yeni Nəsil” uşaq bağçasında Milli Musiqi Gününə həsr olunmuş tədbir keçirildi.  Müxtəlif yaş qruplarından olan uşaqların iştirakı ilə keçirilən tədbiri giriş sözü ilə bağçanın meneceri Suriyə Xaspoladova açdı. O balacaları salamlayıb, musiqi günü münasibəti ilə təbrik etdikdən sonra, bu günki tədbirin mahiyyəti haqqında danışdı. Suriyə xanım balacaları ayrı-ayrılıqda musiqi alətləri ilə tanış edib, onlara Muğam haqqında da məlumat verdi.

Tədbirdə iştirak edən Xalq çalğı alətləri ansamblı tar, kamança, qavalın müşayəti ilə müxtəlif mahnılar səsləndirdilər.

Suriyə xanım bildirdi ki, gələcəkdə bağçada yeni yaradıcı konsertlərin keçirilməsi planlaşdırılır.

“Mən əminəm ki, bugün onların həyatında, yaddaşında bir iz qoyacaq. Ümumiyyətlə 6 yaşa qədər nə baş verirsə, onların gələcək həyatına təsir göstərir. Əgər valideynlər öz övladlarını, onların xatirələrini, inkişafını bizə etibar ediblərsə, deməli biz hər şeyin ən yaxşısını onlara verməliyik. Bizim bugünkü konsertimiz də çox yüksək səviyyədə keçdi”.

Ansamblın rəhbəri Rəhman bəy də tədbir barədə fikirlərini bizimlə bölüşdü:

“Bu gün biz kiçik ansamblımız ilə, tar, kamança və qaval alətləri ilə, xanəndəmiz ilə birlikdə Yeni nəsil uşaq bağçasında musiqi gününə həsr olunmuş tədbirdə iştirak etdik .Uşaqlarla çox xoş ünsiyyətimiz oldu. Uşaqlar rəqs etdilər, Azərbaycan milli musiqilərinə qulaq asdılar, dinlədilər. Hər zaman onlar üçün ifa etməyə hazırıq”.

Sonda isə, ansambl üzvləri tərifnamə ilə mükafatlandırıldı.

Hazırladı: Jalə Haşımova
Duyğu Qasımlı

Öncəki xəbərNövbəti xəbər

1 şərh

  1. Geri izləmə: vagragenericaar.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.