Cəmiyyət

Balacaların arzusu, böyüklərin qorxusu

Dəniz kənarı bulvarda gəzərkən yəqinki, hamımız belə hadisələrin tez-tez şahidi oluruq. Amma nədənsə,bu dəfə balaca qızcığazın səsi və atasının min cürə bəhanələri yadımdan çıxmırdı. Bəlkə də bu hadisə mənə çox yaxın idi. Elə buna görə, qərara aldım ki, bulvarda yerləşən atraksion və karusellərin qiyməti ilə yaxından tanış olum.Atraksion və karusellərin isə yanına yaxınlaşmaq olmurdu. Qiymətlər 1- 5 manat arasında dəyişirdi, hələ yeyiləcək ərzaqların və suların qiymətini demirəm. Axı, ayda 200 manat gəliri olan ailə məişət qayğılarını çətinliklə də olsa ödədiyi halda, uşağının istəyini necə yerinə yetirsin? Göz yaşları içində bulvardan uzaqlaşdırılan o balacadan fərqli olaraq , boğazından kəsib, övladının təbəssümünü görmək naminə istirahətə gətirənlər az deyildi.

Övladları ilə dəniz kənarı bulvara gəzintiyə gələn Bakı sakini Nəzirova Aygün qiymətlərin büdcələrinə yaxşı təsir etmədiyini bildirir. O, uşaqlarını sevindirmək üçün ayda bir dəfə də olsa, buna məcbur olduğunu da vurğulayır.

Nəzirova Aygün :

-Həftədə gətirməyə elə də imkan olmur,qiymətlərlə bağlı. Ancaq ayda bir dəfə olurda, gətiririk. Bir gündə iki uşağa ən azından 40 manat olmalıdır ki, onları razı salıb evə qayıda bilək. Ağlamasınlar…

Atakişiyev Elgün isə ayda 4-5 dəfə ,istirahət və bayram günlərində , uşaqlarını bulvara gətirdiyini bildirir. Söhbət zamanı aydın oldu ki, bir uşağın bir günlük dəniz kənarı bulvarda əylənməsi ona 20- 30 manata başa gəlir. Müsahibimin iyun,iyul və avqust ayında keçirilən pulsuz kampaniya ilə bağlı fikirləri isə belə oldu.

Atakişiyev Elgün:

-Uşaqların ürəyi istəyərki hər gün gəlsin. Pulsuz olanda ona gəlib yer tutmaq olar . O,bir günlük olan bir şeydi , iki günlük olur. Bütün millət axışır bura.

Karusellərdən pulsuz istifadənin 1 və ya 2 gün ,saat 9:00 -13:00 arası olduğunu nəzərə alaraq valideynlərin narazılıqlarının səbəbini öyrənmək üçün Nazirlər Kabineti yanında Bulvar İdarəsinin rəisi Nazim Məcidovla söhbətləşdik. Nazim Məcidov isə narazılıqların haqsız yerə olduğunu bildirir və səbəbini belə açıqlayır.

Nazim Məcidov:

-Günün ikinci yarısında dəniz kənarı bulvara, xüsusən, yay mövsümündə gələn insanların sayı həddindən artıq çox olur.Həmin vaxtlarda biz pulsuz aksiyanı keçirsəydik, onda bulvar idarəsinin işçiləri yəni say hesabıca biz, fiziki olaraq bu axının qarşısında dura bilmərik. Çünki , təsəvvürünüzə gətirin biz aksiyanı keçirdiyimiz vaxt hər karuseldə onu işlədəndən , bir içəri insanları buraxandan, birdə kassa da biletləri satandan əlavə 3-4 adam da ora cəlb edirik. Növbələri düzəltməyə,təhlükəsizliyi təmin etməyə və s. Buna görə,bizim başqa vaxtlar və daha uzun müddətdə bunu etməyə imkanımız olmaz, yəni gücümüz çatmaz, biz də öz gücümüzü bilərəkdən heç cür bu işin öhdəsindən gəlməyə imkanımız olmayacaq.

Atraksionlardan söhbət etmişkən Nazim müəllimdən,karusellərin texniki cəhətdən ayda neçə dəfə yoxlanışdan keçdiyini və təhlükəsiziliyin nə dərəcədə təmin olunduğu ilə maraqlandıq.

Nazim Məcidov:

-Bizim idarənin nəzdində Milli Park müəsissəsi var. Məhdud Məsuliyyətli Cəmiyyət. Onun işçisi bir nəfər şəxs o hər gün səhər atraksionları yoxlayır. Hər bir atraksionu işlədən işçi,daim yanında olan şəxs müəyyən kurslar keçir və öyrənir.. Fövqəladə Hallar Nazirliyin xüsusi o sahəyə baxan nümayəndəsi varki. Onlar da gəlib yoxlayırlar.

Aydın olduki, atraksionların detalları müəyyən müddətdən bir dəyişilir və ya bərkidilir. Hətta atraksion işçiləri kəmərlərin bərkidilməsinə də diqqət yetirirlər. Bəs atraksionlarda kəmər olmadıqda necə ? Çoxlarımızın “Vikinq” adı ilə tanıdığı atraksionda insanların təhlükəsizliyini təmin edən kəmərə isə rast gəlmədim!

Sonda əvvələ qayıtmaq istəyirəm, görəsən, atanın balaca qızcığazı karuselə mindirməməsinin səbəbi imkansızlıq , ya təhlükəsizliyinə əmin olmaması idi?

Öncəki xəbərNövbəti xəbər

1 şərh

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.