İdman, ZZ-Manşet

Balakəndə boks üzrə respublika birinciliyi keçirilir

boksBalakən Olimpiya İdman Kompleksində başlanan 2001-2002-ci il təvəllüdlü yeniyetmələr arasında boks üzrə açıq respublika birinciliyində 20 şəhər və rayonu təmsil edən 30 komandanın tərkibində 156 idmançı mübarizə aparır. Boksçular 15 çəki dərəcəsi üzrə yarışırlar.

GSR.fm AZƏRTAC-a istinadən xəbər verir ki, Gənclər və İdman Nazirliyi və Respublika Boks Federasiyasının təşkilatçılığı ilə keçirilən yarışlar seçmə xarakter daşıyır. Birincilikdə fərqlənən idmançılar ölkənin yeniyetmələrdən ibarət yığma komandasına cəlb olunacaqlar.

Yarışın baş hakimi beynəlxalq dərəcəli hakim Anar Nağdıyevdir.

Respublika birinciliyi sentyabrın 28-dək davam edəcək.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.