Son günlər mediada Balaxanı kəndinin adının dəyişdiriləcəyi ilə bağlı xəbərlər yayılıb. Yayılan məlumatlara görə, Sabunçu rayon Ağsaqqallar Şurasının sədr müavini və eyni zamanda Dövlət Şəhərsalma və Arxitektura Komitəsi beynəlxalq əlaqələr və informasiya şöbəsinin rəhbəri Cahangir Qocayev bildirib ki, Balaxanın adı dəyişdirilərək Təmiz Şəhər adlanacaq.
Biz də Balaxanı sakinlərinin yayılan xəbərlərə münasibətini öyrəndik.
Sakinlər:
– Bunu dəyişmək çox pis, mümkün deyil bu kəndin adını dəyişmək. Kim qoyub bu kəndin adını, gəlsin o dəyişsin. Lap biabr ediblər aləmi, hər yeri, biabrçılıqdır bu.
– Adı dəyişməyə çox yerlər var, amma Balaxanıdan başqa. Balaxanı bu kənddir, onun adını niyə dəyişirsiz? Dəyişməyə o qədər, üzr istəyirəm Aşağı Ayıblı, yuxarı nə bilim nə, onları dəyişsinlər. Burda nə işləri var?
– Kəndimdir, burda doğulmuşam, burda boya-başa çatmışam, mənim atam burda doğulub,biz göz açmışıq Balaxanı adını eşitmişik. İndi bu Təmiz Şəhərin mənası nədir ki?! Mən onu bilmək istəyirəm, mənə də onu açıqlayın.
– Biz də razı deyilik elə bir şeyə, bütün kənddə hamısı elədirlər. Neçə illərin Balaxanı kəndi tarixlərdə var bu, neftlər bizim kənddən çıxıb. Hansı alimin ağlına gəlib bu?
– Balaxanı dogma doğulduğumuz kənddir, nəyə görə adı dəyişdirilməlidir ki? Mövqeyimiz çox pisdir, heç istəmirik də. Elə Balaxanı olaraq qalacaq bizim kəndimiz.
– Balaxanı adı lap əla addır.Təmiz şəhər odur ki, gəlsinlər asfalt töksünlər, su borularını düzəltsinlər,ondan sonar yaxşı səliqəyə salsinlar, olsun təmiz şəhər.
– Bizə qəti qadağandır bu adı dəyişmək. Çünki qədimi kənddir. Olmaz. Qədimi tarixi kənddir. Heç vaxt. Etiraz edirəm. Millətin çoxu etiraz edəcək,demək olar ki, hamısı.
Balaxanın adının dəyişdirilməsi təklifini irəli sürdüyü iddia edilən Cahangir Qocayev isə müsahibəsində deyilənlərin həqiqətə uyğun olmadığını və belə bir şeyin heç vaxt mümkün olmayacağını bildirib. O, açıqlamasında sadəcə Balaxanı ətrafının Təmiz Şəhər adlandırılacağını deyib.
Cahangir Qocayev:
Elə şey olmaz. Jurnalist sadəcə olaraq səhv salmışdı. Heç vaxt, elə söz ümumiyyətlə yoxdur. O fikirdə olmaq belə deyək ki, peşəkarlar üçün dəli olmaq deməkdir. Ümumiyyətlə elə tarixi yerlərin adını dəyişmək ümumiyyətlə məqsədə uyğun deyil heç vaxt.
Balaxanı həndəvərinin Təmiz Şəhər olacağını demişdim, o da elə söz yazmışdı səhv. O tarixi yerlərdi, onu dəyişməz olmaz ki.
Cahangir Qocayev onu da deyir ki, O, Balaxanı kəndinin adını dəyişməsini təklif etməsə də müstəqil olaraq ağsaqqal, ziyalı mövqeyi kimi Sabunçu rayonunun adının dəyişdirilərək Heydər Əliyev rayonu adlandırılıması təklifini irəli sürüb.
Cahangir Qocayev:
Mən rayonun adını dəyişdirmək haqqında məlumat vermişəm mən, Sabunçunun, o kəndlərin Sabunçu adı altında toplanması mənə elə gəlir ki, məqsədə uyğun olmaz. Ramana, Balaxanı, Maştağa, Pirşağı,Nardaran-belə kəndlərin şapkasının Sabunçu olmağı uyğun deyil. O rayon vaxtilə Bakının bir nömrəli rayonu olub-Lenin rayonu. Mən təklif edirdim ki, Ulu Öndərin adını qoyaq həmin rayona.
Tretinoin 20 20 Gm From India [url=https://cheapcialisir.com/#]buy cialis online uk[/url] Best Cialis Order Online buy liquid cialis online Does Amoxicillin Contain Any Sulfa