Sosial, ZZ-Manşet

Barak Obama təbrik məktubu göndərib

Barack+Obama+Ilham+Aliyev+Obama-300x200ABŞ prezidenti Barak Obama Azərbaycan prezidenti İlham Əliyevə Ramazan bayramı münasibəti ilə təbrik məktubu göndərib.

GSR.fm-in APA-ya istinadən verdiyi məlumata görə, ABŞ prezidentinin məktubunda deyilir:

“Hörmətli cənab prezident, Amerika xalqı adından sizi və xalqınızı mübarək Ramazan bayramı münasibətilə təbrik edir, ən xoş arzu və diləklərimi yetirirəm. Dünyanın hər yerində yaşayan müsəlmanlar ötən ay ərzində Ramazan ayının gözəl ənənələrini paylaşıb, inanclarından qaynaqlanan daxili rahatlıq naminə ehtiyacı olanlara yardım əli uzadıblar. Ümidvaram ki, müqəddəs Ramazan ayı ölkənizin müsəlmanları üçün mənəvi saflaşma, mərhəmət və şəfqət hisslərinin bölüşdürülməsi dövrü olub.

Qoy qarşıdan gələn il sizə və xalqınıza sülh, cansağlığı və firavanlıq gətirsin. Ramazan bayramınız mübarək!”.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.