GSR fm, Maraqlı, Xəbəriniz olsun, ZZ-Manşet

Barmaq izləriniz xarakterinizdən xəbər verir - Xəbəriniz Olsun

Barmaq uclarına işıq altında diqqətlə baxdıqda burada xətlərin müxtəlif naxışlar əmələ gətirdiyini görərik. Bu naxışlar buruq, qövs və ilmə  formasında olur. Bu naxışlar vasitəsilə insanların xasiyyəti və davranışları müəyyən edilir. Bu 3 barmaq izi formasına sahib olan  insanların xarakterlərinə nəzər salaq:

barmaq-izleri

Buruq

ilme

Bu barmaq izi növü avropalılar arasında daha çox yayılıb. Bu şəkildə barmaq izi olan insanlar adətən, yardımsevər və dostcanlı olurlar. Nə qədər çalışqan və məsuliyyətli olsalar da, çox az hallarda liderliyi bacarırlar. Bu tip insanların digər insanlar haqqında fikirləri yalnız həmin insanlarla ünsiyyətə girdikləri zaman formalaşır. Belə insanlar uşaqlıqda  çox saylı xəstəlik keçirmələrinə baxmayaraq adətən sağlam vücuda sahib olurlar. Buruq barmaq izinə sahib olan insanların əsas xüsusiyyətlərindən biri də çalışqan olmasıdır. Əgər siz də buruq barmaq izinə sahibisinizsə,  deməli xəyalpərəstsiniz və çox yaxşı xəyal gücünüz var.

 

Qövs

qövs

Qövs formasında barmaq izinə sahib olan insanlar  enerjili və özünə inamlı olurlar. Bəzən inadkarlıqları ilə də qarşılaşa bilərsiniz. Onları dəyişdirməyə cəhd etməyin, çünki fikirlərini heç vaxt dəyişdirə bilməyəcəksiniz. Bu insanların tərəzidə ən ağır gələn xasiyyəti sabit fikirlərə sahib olmalarıdır. Adətən, fərqli mühitlərə uyğunlaşmaqda çətinlik çəkirlər. Məqsədlərinə çatmaq üçün başqa insanlardan istifadə etməyi seçərlər. Üzlərində əsəbi ifadələri ilə yadda qalırlar. Musiqiyə və incəsənətə maraqları olur. Özlərini bədən dili ilə ifadə etməyi sevirlər. Həddindən artıq vəfalıdırlar.

İlmə

buruq

İlmə formasında barmaq izlərinə sahib olanlar əsəbi görünsələr də comərddirlər. Bu insanlar doğuşdan istedadlı, tez qavrayan və müşahidə qabiliyyəti olan insanlardır. Belə insanların çoxunda bir neçə işə eyni anda başlayıb, lakin sonradan həvəsdən düşmə halları müşahidə edilir. Adətən, hərəkətli və qərarsız olurlar. Tez-tez narazı görünərlər. Soyuqqanlı olarlar. Əgər onların hər iki işarət barmağında ilmələr varsa, doğuşdan düşünməyi sevən insanlardır.  Yuxarıda sadaladığımız xarakterlərə nəzər salsaq görərik ki, ilmə formasında barmaq izlərinə sahib olanlar  qarışıq xasiyyətə malikdirlər. Bəzən neylədiklərini özləri də bilməzlər.

Mənbə: mynet.com

 

 

Öncəki xəbərNövbəti xəbər