İdman, ZZ-Manşet

Baş məşqçidən Kamran Ağayevlə bağlı açıqlama

kamranAzərbaycan millisinin qapıçısı Kamran Ağayev Portuqaliya çempionatının 7-ci turunda da “Boavişta”nın əsas heyətində yer alacaq. Bu haqda komandanın baş məşqçisi Ervin Sançes bildirib.

GSR,fm Qol.az-a istinadən xəbər verir ki, “Boavişta” oktyabrın 2-də öz meydanında “Moreirense”ni qəbul edəcək.

Bundan öncəki turda “Boavişta” “Portu”ya 1:3 hesabı ilə uduzub. Buraxılan üçüncü qolda Kamran Ağayevin kobud səhvi olub. Bundan sonra bəzi Portuqaliya saytları millimizin futbolçusunun növbəti turda start heyətində yer almayacağını yazıb.

Baş məşqçi Ervin Sançes isə bildirib ki, bir səhvə görə futbolçunu çarmıxa çəkmək olmaz: “Bundan əvvəl Ba və Meyra əsas heyətdə oynamışdı. Biz hər tur qapıda dəyişiklik edə bilmərik”.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.